vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AİLƏ  
17:37 | 3 iyul 2014 | Cümə axşamı Məqaləyə 3687 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xaricilərlə nikahda artım var

Amma boşanmaların da sayı artıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı boşanmaların sayı ötən il 44,5 faiz artıb. Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən vaxt.az-a verilən məlumata görə, 2012-ci ildə belə boşanmaların sayı 146 olduğu halda, 2013-cü ildə 211 olub.


Əvvəlki illərdə isə bu boşanmaların sayı daha az olub. Azərbaycanda 2009-cu ildə xarici vətəndaşlarla bağlanmış nikahlar zamanı 75, 2010-cu ildə 78, 2011-ci ildə 76 boşanma halı qeydə alınıb.

Ümumilikdə ötən il ölkədə 86 892 nikah bağlanıb ki, onun da 2780-i xarici vətəndaşlarla olub.

Azərbaycanda xarici vətəndaşlarla bağlanmış nikahların sayında da əvvəlki illərlə müqayisədə artım qeydə alınıb. 2012-ci ildə Azərbaycanda xarici vətəndaşlarla 2688 nikah bağlandığı halda, 2011-ci ildə onların sayı 2696, 2010-cu ildə 2221, 2009-cu ildə 1731 olub.