vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
18:08 | 14 sentyabr 2015 | Bazar ertəsi Məqaləyə 2818 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ay erməniyə satılmış?!»

Əli Həsənov: «Hər şeyi öz gözləri ilə görsünlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib. Biz buna biganə qala bilmərik. Qətnamədə bizə qarşı heç bir əsası olmayan sənəd qəbul edib». Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Avropa Parlamentinin Azərbaycanla bağı qəbul etdiyi tənqidi xarakterli son qətnaməsi ilə bağlı keçirilən tədbirdə deyib. Ə.Həsənov qeyd edib ki, 751 deputatlıq parlamentdə Azərbaycana qarşı qəbul edilən sənədin səsverməsində 600-dən çox deputat iştirak edib.

Baş nazirin müavininin fikrincə, Azərbaycana qarşı qətnamə qəbul etmək Avropa Parlamentinin səlahiyyətlərinə daxil deyil: «Avropa Parlamentinin, əsasən, 3 səlahiyyəti var - Avropa İttifaqına dair qanunlar qəbul etmək, qanunların icrasına nəzarət etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. Avropa Parlamentinin Azərbaycanla bağlı belə qətnamə qəbul etməsi onun səlahiyyətlərinə daxil deyil. Avropanın Azərbaycana qarşı qısqanclığının artdığını bilirdlik. Azərbaycanın Avropa Oyunlarını uğurla keçirməsindən sonra belə hərəkətlərin artmasını görürdük. Bu, qısqanclığın, paxıllığın və erməni diasporunun və maliyyəsinin təsirinin nəticəsidir».

Baş nazirin müavini deyib ki, Ermənistan Azərbaycanın əldə etdiyi uğurlardan, ordumuzun son təlimlərindən qorxuya düşüb: «Azərbaycanın 20 faiz torpağı işğal edilib, bir milyon insan qaçqın və köçkün düşüb. Ay korrupsiyaya uğramış Avropa Parlamenti, bəs buna niyə münasibət bildirmirsən?! Hardasan ay erməniyə, onun puluna satılmış Avropa Parlamenti?!»

Ə.Həsənovun sözlərinə görə, baxmayaraq ki, Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib, onlarla işləmək lazımdır: «Mən onları Azərbaycana dəvət edirəm. Qoy gəlib hər şeyi öz gözləri ilə görsünlər».

Qeyd edək ki, tədbirdə Ermənistanın işğalı altında olan rayonların icra hakimiyyəti başçıları və həmin bölgələrdən seçilmiş millət vəkilləri iştirak edib.