vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
14:24 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 898 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ seçkilərində skandal

Donald Tramp birinci xanıma hücum çəkir

MÖVZU İLƏ ƏLAQƏLİ

Respublikaçı namizəd Donald Tramp gözlənilmədən birinci xanımı kəskin tənqid atəşinə tutaraq deyib ki, Mişel Obamanın yeganə məqsədi onun rəqibi Hillari Klinton üçün kampaniya aparmaqdır.

Şimali Karolinada keçirilən kampaniya mitinqində cənab Tramp ölkənin rəhbərliyini «uşaq-muşaq»  və «əfəllər» adlandırıb.

O həmçinin Mişel Obamanın 2007-ci ilin prezident seçkisi kampaniyasında guya Hillari Klintonu tənqid etməsini iddia edib.

Tramp deyib ki, Mişel Obama o vaxt guya Klintonun prezidentliyə yaramadığına işarə edibmiş.

O vaxt Obama kampaniyası Mişel Obamanın xanım Klintonu nəzərdə tutduğu barədə iddiaları təkzib etmişdi.

«Mən görürəm Mişel Obama Hillari Klintonu necə xoşlayır - deyib Tramp Şimali Karolinada onun mitinqinə yığılanlara, - O deyildi, belə bir bəyanat vermişdi ki, «əgər öz evini idarə edə bilmirsənsə, Ağ Evi idarə edə biməzsən? İndi niyə demir o sözləri?.. » - deyib Tramp.

Nyu York biznesmeni bunu deməklə 2007-ci ildə xanım Obamanın əri üçün xanım Klintona qarşı kampaniya apardığı zaman verdiyi bəyanatı yada salmaq istəyidi.

O vaxt birinci xanım demişdi: «Sən öz evini idarə edə bilmirsənsə, deməli Ağ Evi heç idarə edə biməzsən».

Bəzi tənqidçilər Mişel Obamanın bu sözlərlə xanım Klintonun əri, keçmiş prezident Bill Klintonla münasibətlərinə işarə edib-etmədiyini sual edirdilər.

Lakin Obama kampaniyası israr edirdi ki, bu bəyanat Klintonlara qarşı verilməyib və əslində Obama ailəsinin kampaniya günlərində valideynlik vəzifələrini yerinə yetirməkdə üzləşdiyi çətinliklər barədə olub.

«Odur ki, biz iş cədvəlimizi elə qurmuşuq ki, qızlarımız bizim üçün birinci məsələ olsun. Ona görə də o kampaniya səfərlərinə çıxanda mən qızlarımızla məşğul oluram. Bu isə o deməkdir ki, yuxudan tez dururam, qızlarımızı məktəbə hazırlayıram, sonra yola salıram və yatmaq vaxtından əvvəl artıq evdə oluram» - deyərək davan etdirmişdi həmin çıxışını xanım Obama.

Cənab Trump öz kampaniyasını davam etdirməzdən bir gün öncə Alfred Smit Memorial xeyriyyə fondunun Nyu York şəhərində keçirilən illik xeyriyyə şamına dəvət edilmişdi. Bu tədbirdə demokrat namizəd Hillari Klinton da iştirak edirdi. Ənənəyə görə bu müsamirədə prezidentliyə namizədlər bir-birlərini lağa qoyurlar.

Aflred Smit CNN telekanalına bildirib ki, cənab Tramp öz zarafatlarında "nəzakət hüdudlarını bir qədər aşıb».

Onun sözlərinə görə Trampın atmacaları qonaqların bir o qədər də xoşlarına gəlməyib.