vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MƏHKƏMƏ, İSTİNTAQ  
14:16 | 25 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1587 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 maddə üzrə cinayət işi

«Aztelekom»un sabiq baş direktoruna qarşı milyonluq ittiham

MÖVZU İLƏ ƏLAQƏLİ

«Aztelekom» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov və «AzİnTelekom» MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov milyonları mənimsəməkdə ittiham edilirlər.

Lent.az-ın əldə etdiyi məlumata görə, M.Məmmədov 4,5 milyon C.Cəfərov isə 1,5 milyon manat mənimsəməkdə təqsirləndirilirlər. Xatırladaq ki, mətbuatda eyni cinayət işində ittiham olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun 8 milyon, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun isə 10 milyon, RYTN-ın «Optik Qurğular» İdarəsinin rəisi Namazəli Məmmədovun isə 4 milyon manat mənimsəməkdə ittiham olunmasını barədə xəbər verilmişdi.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində «Aztelekom» MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, «AzİnTelekom» MMC-nin sabiq baş direktoru C.Cəfərov, «Azərpoçt» MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, «Optik Rabitə, Tikinti və Quraşdırma» MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, «Bakı Rabitə Təmir Tikinti» və «Təmir Təchizat Servis» MMC-lərinin direktoru Bayram Vəliyev və «Aztelekom» MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar.