vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
15:10 | 25 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 926 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya mühasriədə?

ABŞ Norveç sərhədinə qoşun yerləşdirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatları Norveçin Rusiya ilə sərhədinə 330 nəfərlik hərbi heyət göndərir. ABŞ-ın dəniz piyadaları sərhəddən min kilometr aralıdakı Vaernes hərbi bazasına yerləşəcəklər.

Norveçin müdafiə naziri Ine Eriksen Soreide deyib ki, ABŞ əsgərlərinin onların ölkəsinə göndərilməsində məqsəd alyans daxilində operativ uyğunlaşmanı təmin etməkdir. Nazir müttəfiqlərin hərbi qüvvələrinin ölkəyə gəlişinin, Norveç ərazisində və Norveç qüvvələriylə fəaliyyətin təfərrüatlarının öyrənilməsinin ölkənin təhlükəsizliyi baxımından vacib olduğunu bildirib.

Norveç Birləşmiş Ştatlarla NATO-da müttəfiqdir və ABŞ-ın bu ölkədə hərbi avadanlığı əvvəl də var idi.

ABŞ silahlı qüvvələrinin Norveçə göndərilməsi yanvar ayına planlanıb.

Rusiyanın Oslodakı səfirliyi xəbəri təəccüblə qarşılayıb. Norveç rəsmilərinin Rusiyanı təhlükə hesab etmədiklərinin dəfələrlə vurğuladıqlarını xatırladıb. Amma Ukraynanın Krım vilayəti Rusiyaya ilhaq ediləndən sonra Norveçin müdafiə naziri Rusiya sarıdan narahatlığını ifadə etmişdi.

Norveçdə ölkənin Soyuq müharibə tərzli qarşıdurmaya cəlb olunmasına etiraz edənlər də az deyil.