vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
QARABAĞ  
19:14 | 26 oktyabr 2016 | Çərşənbə Məqaləyə 2387 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağdam «Çay evi»nin tarixçəsi

Dəmirçi Mamedin evinə çəkilən telefon və ilk zəngdə birinci katibin təşəkkürü

Fəxri HACIBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Çay evi»nin yaranmasının maraqlı tarixçəsi var. Belə nəql edirlər ki, günlərin birində üzərində Çin memarlığının görüntüsü olan bir jurnal AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun diqqətini çəkir. Şəklidə çay evinə oxşar binanın təsviri var imiş. O, bu şəkli ilk növbədə Ağdam RPK-nın o zamankı birinci katibi işləyən, yaxın dostu Sadıq Murtuzayevə göstərməyi qərara alır. Bu məqsədlə Ağdama gələn Xudu müəllim görüşdə belə bir binanın Ağdamda inşa edilməsini xahiş edir. Şəkil Sadıq Murtuzayevin də xoşuna gəlir və Xudu müəllimin sözünü yerə salmır. Birinci katib rayonun imkanlı təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçirir və işi həmin dövrdə Ağdam Rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışan Rəşid Məmmədova həvalə edir. Həm də tikiləcək bina gələcəkdə onun rəbərlik etdiyi təşkilatın balansına veriləcəkdi. Prosesə rayonun baş memarı Firdövsi İbrahimov da cəlb edilir.

Qeyd edək ki, Xudu müəllimin katiblə söhbətində obyektin gələcək təyinatı da müəyyən edilmişdi; obyekt «Çay evi» kimi fəaliyyət göstərəcəkdi. «Çay evi»nin tikintisində ən çətin işi - günbəzin sinklənmiş dəmirlə vurulmasını isə Ağdamda məhşur dəmirçi sayılan Mamed kişi görür.

26 iyul 1986-cı ildə «Çay evi»nin təntənəli açılış mərasimi olur.

Bir maraqlı hadisə də, binanın üstünü vuran dəmirçi Mamed nəqı edirdi.

Mamed kişi illərlə evinə telefon çəkilməsi üçün növbə gözləsə də məsələ həll olunmurmuş, kişini get-gələ salıblarmış. 

Binanın günbəzşəkilli damını dəmirlə örtmək həm məsuliyyətli, həm də təhlükəli olduğundan bu işi kimsə üzərinə götürmür, bircə Mamed kişi sinədini irəli verir ki, işi mən üzərimə götürürəm. Onu S.Murtuzayevin yanına gətirirlər. 

- Bacararsanmı bu işi? 

- Allah qoysa, Sadix məllim! 

Razılaşırlar və otaqdan çıxarkən, qəfil yadına düşür ki, katibin qəbuluna düşmək çətindir, elə burdaykən evinə telefon çəkilməsi məsələsini də xahiş eləsin! 

İş iki gün çəkir. İkinci gün işini bitirib evə gələn Mamed kişi evə artıq telefon çəkildiyini görür və ilk zəngi S.Murtuzayevdən alır. Təbii ki, çay evindəki işini layiqincə yerinə yetirdiyinə görə təşəkkür zəngi.