

366-nın əməlləri 30 il sonra üzə çıxır
“600.000-dən çox kürdü qətlə yetirdilər”
Yaxud törətdikləri qətliamlarla yadda qalan iki qardaş ...
NATO baş katibinin II Dünya müharibəsindən sonra baş verən soyıqırımlardan xəbəri yoxdur
Cəlladların söz oyunu və tarixin yaddaşı
Ukraynadakı vəhşiliyi törədən cəza batalyonlarıdır, məsələn Vaqner
Təhlükəsizlik Şurası diqqəti mülki şəxslərin qətlinə yönəldir
Çünki Qarabağda üfüqlər sakit deyil!
Dövlət Duması üzvlərinin Bakı səfəri erməniləri çilədən çıxarıb
Pantomima tamaşası Sofiyada dilləri qurudan soyqırımı sözsüz nümayi. etdirdi
Bir dəqiqəlik sükut
Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq?
Ankaradan İrəvana hədə kimi mesaj
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak edib
Rusiyalı xanım jurnalisti Xocalıda şoka salan mənzərə
Azərbaycanda həyat 1 dəqiqəlik dayanacaq
Xocalı rayonunda yerləşən və bu ilin martında Azərbaycan Ordusunun nəzarətinə keçən Fərrux kəndindəki vəziyyət son iki ayda faktiki olaraq dəyişməyib. Rusiyalı sülhməramlılar erməni ailələrə Fərruxdakı evlərinə qayıtmağa imkan vermirlər.
Həmin ailələr Fərrux erməni tərəfdən işğal ediləndən sonra kəndə yerləşmiş, azərbaycanlıların evlərini qəsb edərək yaşamağa başlamışdılar.
Azərbaycan Ordusunun əsgərləri kəndin yanındakı strateji önəmli Daşbaşı yüksəkliyindədir. Kəndin özündə isə rusiyalı sülhməramlılar növbə çəkirlər. Daşbaşıdakı mövqelərimizə aparan təminat yolları kənd ərazisindən keçir. Yəni bu ilin martından bəri kənd mövqelərimizin arxasında qalıb.
Özünü "Fərrux kənd icmasının rəhbəri" adlandıran Vardan Miakelyanın dediyinə görə, 44 günlük İkinci Qarabağ Müharibəsi başlayana qədər kənddə 20 erməni ailəsi yaşayırmış. Həmin ailələrdən böyük qismi müharibə bitəndən sonra kəndi tərk edib, çünki Ağdam rayonu işğaldan azad olub, Fərrux yaxınlığında isə Azərbaycan Ordusunun mövqeləri yerləşdirilib.
Fərrux ordumuzun nəzarətinə keçəndən sonra isə kənddə məskunlaşmış son erməni ailələri də gediblər. Fərruxdan 5 kilometr aralıdakı Pirlər kəndindəki ermənilərin də əksəriyyəti həmin yaşayış məntəqəsini tərk ediblər.