Diqqət! Maqnit qasırğası var!
Təşvişə düşməmək və «aktiv istirahət» tövsiyə olunur
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Günəş sisteminin nizamını başqa ulduz pozub?
Alimlər Yupiter və Saturnun bəzi peyklərinin də buradan gəldiyini düşünürlər
-
Kosmik zibil probleminin həllində “pioner”
Avropanın qabaqcıl Salsa peyki Yer atmosferinə alovlu eniş etdi
-
Merkurinin sirləri açılır
Onun səthi ilk dəfə bu qədər yaxından çəkilib
-
Yadplanetli axtarışı
Alimlər 1300 qalaktikada sivilzasiya əlamətləri tapmaq ümidindədir
-
“Ay qırmızı topa bənzəyirdi”
Yeni dəlillər Ayın maqma okeanı ilə örtüldüyünü aşkar edib
-
50 illik araşdırmanın nəticəsi
Alimlər yadplanetlilərin işarəsi olduğu düşünülən məşhur siqnalın sirrini açmağa yaxındır
-
Elmi biliyin sərhədi
Gənc Günəşə bənzəyən ulduz qayıdışı ilə alimləri təəccübləndirdi
-
Kosmosda elektrik şəbəkəsi
İlk peyk gələn il orbitə buraxılacaq
-
“Son parsek problemi”
Qara dəliklərin böyük dilemmasının cavabı qaranlıq maddədə ola bilər
-
Günəş fırtınaları öncədən bilinəcək
Kosmik hava şəraitini proqnozlaşdırmaq əsas infrastrukturların təhlükəsizliyinə açar ola bilər
-
Qütb parıltısı xaos yarada bilər
Güclü cərəyan dalğaları elektrik xətləri, sualtı kabellər, neft boruları və dəmir yollarına ciddi təhdiddir
-
Günəşin sirri
Maqnit qasırğalarının yeri ilə bağlı şok edici tapıntılar ortaya çıxıb
-
Günəşdə daha bir partlayış
Hansı cihazlar işləməyə bilər?
-
280 işıq ili uzaqlıqdakı təbiət
1250 dərəcə hava, 8000 kilometr sürətlə əsən külək
-
Yaşıl enerjiyə yaşıl işıq
Günəş panellərinin effektivliyini 2 dəfədən çox artıra bilən kəşf
-
ABŞ günəşi qaraltmağa çalışır
Təyyarə ilə stratosferə nazik duman qatını yaymaq istəyirlər
Günəşin səthində nisbi sakitlik hökm sürür və «gündüz ulduzu»muzun görünən tərəfində cəmi 12 ləkə və 1 zəif fəallıq qrupu (ləkələr toplusu) müşahidə olunur.
APA bildirir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev bildirib ki, son 6-7 gündə özünü fasilələrlə göstərən geomaqnit həyəcanlaşmaları hətta G1 və G2 sinfinə mənsub olan geomaqnit qasırğalarına da səbəb olub (şkala üzrə maksimum G5 olur). Hazırda qasırğa səngimək üzrədir və əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti bu gün 3-ə yenib (maksimum qiymət 9-dur). Qasırğa olan günlərdə şimal en dairələrində geomaqnit qasırğasının təzahürü və gözəl təbiət hadisəsi olan qütb parıltıları da müşahidə olunub. Günəş səthində müşahidə olunan nisbi sakitlik davam edəcək, Günəş alışmalarının baş vermə ehtimalı cəmi 1-5% arasında dəyişəcək və zəif geomaqnit həyəcanlaşması yaxın günlərdə də davam edəcək.
Geomaqnit həyəcanlaşmaları və qasırğaları mürəkkəb bir heliogeofiziki prosesdir. Bir daha qeyd etmək lazımdır ki, son günlərdəki qasırğaların səbəbi Günəş səthində hal-hazırda mövcud olan «tac dəlikləri»ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiri olub («tac dəlikləri» demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir; buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir).
Bu gün yuxarı en dairələrindən fərqli olaraq, bizim orta coğrafi en dairələrində yaşayan sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur, onlarda hətta bəzi hallarda gümrahlıq effektləri yarana bilər, lakin risk qrupuna daxil olan insanlar (ürək-qan-damar sisteminin xroniki xəstələri, ahıl insanlar və qismən uşaqlar) həkim məsləhəti əsasında profilaktik (önləyici) tədbirlər görməlidirlər. Tövsiyə olunan isə təşvişə düşməmək və «aktiv istirahət» etməkdir. Meteoroloji şəraitin son günlər müşahidə olunan kəskin dəyişmələri kosmik hava ilə birgə təsir etdikdə, neqativ hallar daha da güclənə bilər (son günlər məhz bu hallar müşahidə olunurdu). Ümumiyyətlə isə, bu təsirlər hər bir funksional sağlam individum üçün xeyli fərqlənə bilər. Geomaqnit qasırğaları bir sıra texnoloji sistemlərə zəif təsir edərək kommunikasiya radiodalğalarında qısamüddətli sönmələr (və ya «donmalar») və radiasiya fırtınaları yarada bilər. Bu dəfə belə hallar qeydə alınmayıb.