

2025-ci və növbəti 10 il üçün dünyanı gözləyən ən böyük təhlükələrin siyahısı açıqlanıb
10 metr diametrlik asteroid planetimizin ətrafında bir dövrə vurub gedəcək
Alimlər Yupiter və Saturnun bəzi peyklərinin də buradan gəldiyini düşünürlər
NASA: “O, mövcud nəzəriyyələrə meydan oxuyur”
Alimlər peykin maqnit sahəsinə dair təxminləri milyonlarla il geriyə atdılar
NASA 60 il axtardığı Yer kürəsini əhatə edən elektrik sahəsini nəhayət tapdı
Yeni dəlillər Ayın maqma okeanı ilə örtüldüyünü aşkar edib
Alimlər yadplanetlilərin işarəsi olduğu düşünülən məşhur siqnalın sirrini açmağa yaxındır
Gənc Günəşə bənzəyən ulduz qayıdışı ilə alimləri təəccübləndirdi
İlk peyk gələn il orbitə buraxılacaq
Kosmik hava şəraitini proqnozlaşdırmaq əsas infrastrukturların təhlükəsizliyinə açar ola bilər
Güclü cərəyan dalğaları elektrik xətləri, sualtı kabellər, neft boruları və dəmir yollarına ciddi təhdiddir
Maqnit qasırğalarının yeri ilə bağlı şok edici tapıntılar ortaya çıxıb
Hansı cihazlar işləməyə bilər?
Günəş panellərinin effektivliyini 2 dəfədən çox artıra bilən kəşf
Ağ Ev NASA-ya yeni missiya tapşırdı
Alimlər ilk dəfə olaraq, aşağı tezliklərə diqqət yetirərək, Südyolundan çox uzaqda yerləşən qalaktikalarda yadplanetli sivilzasiya axtarıblar. Yerdənkənar Sivilizasiya Axtarışı mənasını verən (Search for Extra-Terrestrial Intelligence – SETI) layihəsi illərdir yadplanetliləri axtarsa da, ümumiyyətlə, Südyolu qalaktikasından kənara nəzər yetirməyib.
Bu araşdırmalarda digər planetlərdən gələn süni siqnallar axtarılır. Texnoimza adlanan siqnallar mövcud və ya keçmiş inkişaf etmiş sivilizasiyaların əlamətləri hesab olunur.
SETI İnstitutu və Avstraliyadakı Curtin Universitetinin tədqiqatçıları bu siqnalları əvvəlki cəhdlərdən daha aşağı radiotezliklərdə və çox uzaq qalaktikalarda axtarıblar.
Komanda 100 MHz tezliklərə diqqət yetirib, çünki Yerdəki bir çox ötürücü aşağı tezlikli radio siqnalı yayır.
Bu məqsədlə qrup Qərbi Avstraliyadakı “Murchison Large Field Array” teleskopundan istifadə edib və eyni vaxtda 2880 qalaktikanı müşahidə edə bilib.
Lakin onlardan yalnız 1317-nin məsafəsi əvvəllər dəqiq hesablandığı üçün işlərini onların üzərində cəmləyiblər. Qalaktikaların məsafəsini bilmək siqnalları göndərən ötürücülərin gücünə dair ideya verir.
Hələ heç bir texnoimza aşkarlanmayıb. Bununla belə, komanda aşağı tezlikli axtarış tədqiqatlarını davam etdirməyi planlaşdırır və bildirir ki, bu tədqiqatlar inkişaf etmiş canlıları qəbul etmək potensialına malik qalaktikaları məhdudlaşdırmağa xidmət edir.
Avqustun 26-da resenziyalı “The Astrophysical Journal” jurnalında dərc edilən araşdırmada müəyyən növ texnoimzalar axtarılıb. Texnoimzalar radio siqnalları, lazer siqnalları və ya hətta atmosferin süni çirklənməsi ola bilər.
Ancaq bu siqnallar olduqca uzaqdan gələcəyi üçün Yerdən aşkarlanmaq üçün çox güclü olmalıdırlar.
Sovet astrofiziki Nikolay Qardaşov siqnalın intensivliyinə baxaraq qabaqcıl sivilizasiyanın nə qədər enerji sərf etdiyini anlamaq üçün meyar yaradıb.
1964-cü ildə hazırlanmış Qardaşov şkalası üzrə, çox uzaq qalaktikadan gələn siqnalı aşkar etmək üçün planet bir və ya bir neçə ulduzun enerjisindən istifadə etməlidir. Bu, Yerdəkilərdən qat-qat inkişaf etmiş sivilizasiyalar deməkdir.
Yeni araşdırmada belə güclü siqnallar axtaran komandanın uğur qazana bilməməsi bu səviyyədə olan sivilizasiyaların sayının çox az olduğunu göstərə bilər.
Onları aşkar edə biləcək texnologiyaların hələ dünyada hazırlanmadığını da söyləmək olar.
Lakin yeni tədqiqat ağıllı həyat axtarışında mühüm bir addımdır. Alimlər bildirirlər ki, gözlənilməz şeylərə aşağı radiotezliklərdə rast gəlmək olar.
Məqalənin müəlliflərindən biri olan Çenoa Tremblay işin çox vaxt apardığını desə də, əlavə edir: “Axtarmasaq, heç nə tapmayacağıq. Bu, xarici qalaktikalarla bağlı ilk araşdırmamız idi. Biz bu prosesdə öyrəndiklərimiz əsasında bu işi gələcəkdə də davam etdirmək istəyirik”.
Kainatda 2 trilyon qalaktikanın olduğu ilə bağlı hesablamaları nəzərə alsaq, Yerin ağıllı həyatın mövcud olduğu yeganə planet olması ehtimalı çox aşağı görünür.