vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
12:04 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 1260 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pedofil konqresmenin Klintonla yazışmaları üzə çıxdı

Entoni Viner 15 yaşlı yeniyetmə ilə də intim mövzuda məktublaşıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidentliyinə namizəd Hillari Klintonun yaxın köməkçisi Hum Abedinin həyat yoldaşı, keçmiş konqresmen Entoni Viner reabilitasiya mərkəzinə yerləşdirilib.

«Daily Mail» xəbər verir ki, 15 yaşlı qızla intim yazışmaları ilə gündəmə gələn keçmiş konqresmen və Nyu-York meri postuna sabiq namizəd seksual asılılıqdan əziyyət çəkir. Hazırda ona reabilitasiya mərkəzində yardım göstərilir.

Nəşr dəqiqləşdirib ki, klinikada xəstələr virtual seks asılılığından müalicə olunurlar. Bildirilir ki, kişi və qadınlar reabilitasiya mərkəzində ayrı-ayrı otaqlarda saxlanılır.

Entoni Viner 15 yaşlı yeniyetmə ilə intim yazışmalarda ittiham olunur. Vinerin kompüterinin yoxlanılması zamanı mail poçtunda Hillari Klintounun elektron məktubları da aşkar edilib. (azvision.az)