vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AVROPA  
22:58 | 6 noyabr 2016 | Bazar Məqaləyə 1127 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Almaniya prokurorluğu araşdırmalara başlayıb

«Volkswagen» ətrafında qalmaqal böyüyür

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya prokurorları avtomobil nəhəngi «Volkswagen» şirkətinin rəhbərini də tullantı zondu ilə bağlı qalmaqal ətrafında istintaqa daxil edib.

Hans Dieter Poetsch ötən ilin sentyabrında, avtomobillərin ABŞ-da dizel tullantıları ilə bağlı sınaqlarını keçmək üçün saxtakarlıq etməsi bəlli olduğu zaman şirkətdə baş iqtisadçı vəzifəsində çalışırdı.

«Volkswagen» bildirib ki, Braunşveyqdəki prokurorlar şura üzvlərindən ikisini, cənab Poetsch və adı çəkilməyən başqa birini araşdırır.

Sentyabr ayında hazırki icraedici direktor Matias Müller söyləyib ki, şirkət dizellə çalışan avtomobillərində sınaqlardan keçmək üçün «böyük səhv» edib.

O əlavə edib ki, şirkət «Almaniya, Avropa və ABŞ hökumətləri ilə konstruktiv» əməkdaşlıq edir.

Qalmaqal - şirkətin dizellə işləyən avtomobillərinə nəticələri dəyişdirmək ehtimalı ilə sınaqlar barədə məlumat toplayan proqram yükləməsilə əlaqədardır.

Bu modellərin bəzilərində çirkləndirici azot oksidi hüquqi müəyyən edilmiş 40 dəfəlik həddən daha çox buraxılıb, nəzarət qurumu bildirib.

Şirkət bildirib ki, bütün dünyada 11 milyon belə avtomobil satıb.