vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TEXNİKA  
08:26 | 14 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1898 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bərələr üçün alternativ enerji

1 dəfə doldurmaqla 500 kilometrlik məsafə

MÖVZU İLƏ ƏLAQƏLİ

Enerji sənayesinin yavaş-yavaş mədən yanacaqlarından bərpa oluna bilən mənbələrə keçid etdiyi bir vaxt, enerjinin saxlanılması sahəsində də irəliləyişlər əldə olunur. Müasir batareyalar indi daha çox enerji saxlayır və onların yenidən doldurulma vaxtı da artıq daha qısadır. Bu isə o deməkdir ki, onların enerji mənbəyi kimi istifadə potensialı benzin çəninin istifadə potensialına yaxınlaşır.

Dünya boyu bir çox şəhər, hətta yüksək inkişaf etdirilmiş ictimai nəqliyyat sistemləri olan şəhərlər belə tıxaclar və bunun nəticəsində yaranan hava çirkliliyi problem ilə mübarizə aparır. Buna görə də, elektrik mühərriyi getdikcə daha da zəruriləşir.

Yaxın zamanadək onun geniş istifadəsinə əsas maneə batareya texnologiyası idi. Batareyalar ağır idi, çox enerji saxlaya bilmirdi, yenidən doldurulmasi isə uzun zaman alırdı.

Amma artıq bu, belə deyil.

«Batareya texnologiyası çox sürətlə inkişaf edir. Bir neçə il bundan öncə, biz super-doldurulan batareyanı (super-charger) təqdim etdiyimizdə, bu, yeni bir şey idi. Ancaq indi o, çox geniş yayılıb», «Green City» bərələrinin baş icraçı direktoru Hans Tornell bildirir.

Bu, elektrik maşın istehsalçıları üçün vacib bir parçadır. Teslanın lüks S modeli batareyanın bir dəfə doldurulması ilə 500 kilometr yol gedə bilir. Daha əlverişli Nissan Leaf və Kia Soulun batareyası isə bütün gecə doldurulsa 160 kilometr yol gedə bilər ki, bu da adi bir sürücü üçün yetərlidir.

Bütün maşın istehsalçıları isə gələcəkdə daha uzun məsafə vəd edir.

Eyni zamanda batareya enerjisi artıq kütləvi nəqliyyat vaistələrinə də yerləşdirilir.

«Mercedes»in günəş enerjisi batareyası ilə işləyən avtobusu var. İsveçdə bir şirkət isə təkcə batareya deyil, həm də yeni növ vibrasiyasız mühərriklə işləyən sərnişin bərəsini müvəffəqiyyətlə sınaqdan keçirib.

Havanı çirklətməyən bu gəmi həm də dizellə işləyən ənənəvi bərələrdən daha sürətlidir.

«İnsanlar elektik qayıqlar və ya sıfır emissiyası olan qayıqlar barədə danışanda ağıllarına köhnə üsulları gətirirdilər. Deyirdilər ki, «biz bərələrin 7,8 düyün, yəni saatına 15 kilomter yol qət etməsini istəyirik», biz də «bəs bundan daha sürətli olmasını istəmirsiniz, məsələn 30 düyün» deyə soruşduğumuzda, insanlar bizdən «Bu mümkündürmü? Biz qayığın saatda 55 kilometr sürətilə getməsini təmin edə bilərikmi» deyə soruşurdular», deyə «Effect Ships International» şirkətinin baş icraçı direktoru Ulf Tudem bildirir.

«AiriEl» adlı eksperimental bərə 15 dəqiqədə dolan litium-titanat batareyaları ilə çalışır və bununla 25 kilometr yol gedə bilir.

Bərənin həm də unikal dizaynı var. Onun iki elektrik motoru öndəki cüt mühərriyə bağlanıb. Bu, İsveçin Volvo şirkətinin dizayn etdiyi IPS sistemidir. Bu, vibrasiyanı azaldır eyni zamanda isə qabaqcıl gövdə gəminin havada daha yüksək sürətlə üzməsinə imkan yaradır.

«Biz yeni hava yastıqlı gəmini karbon lifi kimi müasir tikinti üsulları ilə birləşdiririk və nəticədə Volvo IPS sistemi kimi ən yaxşı mühərrik sistemini əldə edirik», Ulf Tudem deyir.

«AiriEl»in dizaynerləri deyir ki, bərəyə 70 sərnişini və onların velosipedləri yerləşə bilir və su kənarında yerləşən dünya şəhərli üçün mükəmməldir.