«Pullar «paçka»da gəlirdi, saymırdım»
«2009-cu ildən 2013-cü ilə kimi hər ay 500 min, 2014-cü ildən isə aylıq 200 min manat verilirdi»
İnarə RAFİQQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bakı metrosu sərnişinlər üçün bağlıdır
Avtobuslar isə pulsuz işləyir
-
...23 rayonda internet kəsiləcək
Sabah gecə 2-dən səhər 8-ə qədər...
-
33 şəhər və rayon internetsiz qalacaq
Texniki işlər gecə saatlarında aparılacaq
-
«Həbsxana həyatı mənə biloloji ölümdür»
«Rabitə işi»ndə təqsirləndirilən şəxslər son söz deyib
-
Avtovağzalın sahibi bilindi
Elton Məmmədovun 80 milyon dollarlıq mülkünü kim aldı?
-
«WhatsApp» zəngləri bərpa edildi
Nazirlik açıqlama yaydı
-
Dünyanı lərzəyə salan kiber-viruslar...
... Və ya böyük dövlətlərin gizli maraqları
-
«Qadağandır!!!»
Azərbaycandakı bütün müxalifət saytları bloklandı
-
«Bu məsələni qaldırmağın özü yersizdir»
Bakı Beynəlxalq Avtovağzalı Elton Məmmədovdan alındı, bu dəfə nazirliyə verildi
-
Avtovağzal nazirliyin tabeçiliyinə qaytarıldı
«Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə bərpa edilib»
-
«Sübut eləsinlər, ödəyim»
Eldar Mahmudovun qohumu məhkəmədə ifadə verdi: «10 milyon mənimsəmə yazıblar, ...»
-
Turizmin inkişafına vacib töhfə
Bakının mərkəzində pulsuz «Wi-Fi» xidməti işə başlayır
-
Eks nazir - dini ekspert
Ziya Məmmədov mütaliəyə başlayıb, Quranı təhlil edir
-
Ramin Quluzadə təftişə başladı
Nəqliyyat sektorunda yoxlamalar; Ziya Məmmədovun kardlarına son xəbərdarlıq
-
Biri itirirsə, deməli, digəri tapır
Tapdığınız və ya itirdiyiniz əşyalar üçün hara müraciət etməlisiniz?
-
...Prezidentdən vacib sərəncam
Azərbaycana turist axınının sürətləndirilməsi ilə bağlı...
İstintaq materiallarından göründüyü kimi, «Rabitə çetesi» üzrə 11 nəfərdən ibarət dəstə üzvlərinin qanunsuz pul vəsaitlərinin toplanması üçün aralarında əvvəlcədən razılaşma olub. Proseslərin aparılma qaydası, üsulu, pulların bölüşdürülməsi «peşəkarcasına» həyata keçirilib. Hətta bir-birlərinə o qədər etibar ediblər ki, «paçka»da gətirilən məbləğləri belə saymayıblar...
Virtualaz.org saytı xəbər verir ki, 2004-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan «Aztelekom» İstehsalat Birliyinin sabiq sədri, hazırda həbsdə olan Məhəmməd Məmmədov istintaqa verdiyi ifadəsində yığılan pullardan xəbəri olsa da, proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyəti olmadığını deyib.
Sabiq sədr ifadəsində bildirib ki, 2015-ci ildə «Aztelekom» İstehsalat Birliyinin bazasında «Aztelekom» MMC təsis edilib. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qurumu olduğundan adıçəkilən MMC-nin fəaliyyətinə Nazirliyin rəhbərliyi - Əli Abbasov, müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, Aparat rəhbəri Vidadi Zeynalov nəzarət edib. İ.Məmmədov texniki məsələlərə, E.Vəlizadə informasiya texnologiyalarına, V.Zeynalov isə maliyyə məsələlərinə nəzarət edib: »Baş mühasib Oqtay Rüstəmov Nazirliyin nomenklaturası olduğuna görə birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Vidadi Zeynalov Oqtay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pulları toplayıb ona təqdim etsin».
Sabiq sədr bildirib ki, Oqtay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay 500 min manat, 2014-2015-ci illərdə aylıq 200 min manat pul verilib. Toplanılan pullardan xəbəri olsa da, proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyəti olmayıb.
Həmçinin ifadəsində qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan struktur qurumlardan biri də beynəlxalq trafik mübadiləsini təşkil edən «Azintelekom» MMC olub. Beynəlxalq telefon danışıqlarının mübadiləsi «Azintelekom» MMC ilə «Aztelekom» MMC arasında bağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib: «Beynəlxalq danışıq trafikinə görə xidmət göstərdiyi üçün «Azintelekom» MMC-dən «Aztelekom» MMC-nin hesabına aylıq 1-2 milyon arası vəsait köçürülüb. Köçürülən vəsait birbaşa və ya dolayısı yolla Vidadi Zeynalova ödənilib. Vidadi Zeynalov baş mühasib Oqtay Rüstəmova göstəriş verdiyi üçün onun dediyi müəssisələrə köçürülüb. Podratçı təşkilatların hesabına köçürülən vəsaitlərin müəyyən hissəsi «Optik Rabitə Montaj», «Optik Rabitə Tikinti və Quraşdırma», «Rabitəçi İstirahət Bazası», «Qafqaz-S İnşaat» və «Komplas» MMC-lərin hesabına köçürülməklə müxtəlif müqavilələr əsasında baş mühasib tərəfindən Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsilə aparılıb».
«Aztelekom» MMC epizodu üzrə dindirilən Vidadi Zeynalov isə ifadəsində göstərib ki, nazir Əli Abbasov tərəfindən baş direktor Məhəmməd Məmmədova tapşırıq verilib ki, hər ay 500 min manat versin. Göstərişə əsasən, 2009-cu ildən etibarən «Aztelekom» MMC-dən stabil olaraq 500 min manat gətirilib. Pulları hər ayın sonunda ya Məhəmməd Məmmədov, ya köməkçisi Qulu, ya da ki, baş mühasib Oqtay Rüstəmov gətirib verib. M.Məmmədov özü nazir Əli Abbasovun qəbuluna gedib və verəcəyi pulun miqdarı barədə onu məlumatlandırıb. Nazirin qəbulundan çıxandan sonra isə V.Zeynalovun yanına gələrək baş mühasibin onunla əlaqə saxlayacağını deyirmiş: »Baş mühasib zəng vurur, sonra çantayla yanıma gəlirdi, pulları verib gedirdi. Heç vaxt saymırdım, çünki pullar «paçka» şəklində olurdu, düz olduğuna inanırdım. 2009-cu ildən 2013-cü ilə kimi hər ay 500 min, 2014-cü ildən isə aylıq 200 min manat verilirdi».
V.Zeynalov deyib ki, onlara verilən puldan əlavə,M.Məmmədovun özünə 50 min manat qalıb.
Sabiq aparat sədri deyib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumları kimi, «Aztelekom» MMC-də əsasən kabel çəkilişi, avadanlıq alınması, binaların təmir edilməsi və s. xərcləri müvafiq sənədlərdə yüksək göstərilməsi yolu əldə etdiyi vəsaitin bir hissəsini ona verib. «Aztelekom» MMC-nin tabeçiliyində olan telekommunikasiya qovşağından 2009-2015-ci illər ərzində vəsaitlərin köçürüldüyü«Optik Rabitə Tikinti və Quraşdırma» MMC Namazalı Məmmədova, «Qafqaz-S İnşaat» MMC nazir Əli Abbasovun qaynı Elçin İbrahimova, «P.L.Z» MMCdostu Mahmuda məxsus olub.