vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
00:51 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1321 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin TRAMPlin ümidi

Kremlin sahibi yeni prezidentin dövründə ABŞ-la olan problemlərdən atlayacağını gözləyir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin yeni seçilmiş ABŞ prezidenti Donald Trump-ın rəsmi Moskva ilə münasibətləri yaxşılaşdırmağa hazır olduğunu bəyan edib. «Əlbəttə ki, onun yerində olsaydım mən də eyni şeyi edərdim», - deyə Putin Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti yekunlaşdıqdan sonra keçirilən mətbuat konfransında bildirib.

Rusiya prezidentinin sözlərinə görə, amerikalı həmkarı Trampla görüşün vaxtı hələ ki müzakirə olunmayib. Bununla yanaşı Donald Trampın ABŞ prezidenti seçilməsini şərh edən Putin «seckiqabağı çıxışlarla real siyasət arasında həmişə böyük fərq vardır» deyib.

«ABŞ dünya iqtisadiyyatının aparıcı qüvvəsidir. Dünya iqtisadiyyatının əhəmiyyətli dərəcədə sağlam olması onun necə inkişaf edəcəyindən, qarşıdakı problemləri, o cümlədən ən böyük problemi - dövlət borcunu necə uğurla həll edəcəyindən asılıdır», - deyə Putin vurğulayıb.

Putin və Tramp arasında ilk telefon danışığı, noyabrın 14-də, Nyu York milyarderinin seçkilərdəki qələbəsindən bir neçə gün sonra baş tutub.

Seçkiqabağı kampaniya zamanı Donald Tramp dəfələrlə prezident seçiləcəyi təqdirdə Rusiya ilə münasibətlərin yaxşılaşacağınl bəyan edib. 2015-ci ilin iyulunda prezidentliyə namizədliyini irəli sürəcəyini acıqlayan Tramp «Mən Vladimir Putinlə yaxşı anlaşacağımı düşünürəm» demişdi.

APEC sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında qısa görüş baş tutub. Putinin sözlərinə görə amerikalı həmkarı bu illər ərzinə birgə iş birliyinə görə ona təşəkkür edib.

«Bizim aramızda dialoqların asan olmadığını, hətta çətin olduğunu qeyd etdik və buna baxmayaraq mən də, Barak Obama da həmişə bir birimizə hörmətlə və dost kimi yanadiğimizi vurğuladıq», - deyə Putin bildirib.

Ağ Evin bəyanatına görə sammit çərçivəsində keçirilən bu qısa görüş zamanı cənab Obama Vladimir Putini Ukrayna ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməyə, həmçinin Suriyadakı zorakılıqların miqyasını azaltmaq üçün cəhd etməyə çağırıb.