İstanbulda 10 saniyə içində iki qanlı terror
Ölü sayı 38 çatdı, 155 nəfər yaralıdır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
İstanbulu fəth edən toplar
Türklərin işi tarixi yaratmaq olub, yazmaq deyil
-
ABŞ-dan qalmaqallı açıqlama
Vaşinqton YPG terrorçularını qanuniləşdirməyə çalışır
-
Terrorçular yalvarır
“Türkiyə bizi döyərkən niyə səsinizi çıxarıb bizi qorumursunuz?”
-
...Biz də vurduq”
Ərdoğan: “Ruslar sazişə əməl etmədi, ...
-
Qılınclanan terrorçu pəncəsi ...
Dünya mətbuatı Türkiyə Ordusunun əməliyyatını manşetlərə daşıdı
-
Turana qarşı növbəti hücum ...
... və ya Türkiyədə seçki qabağı şərait
-
Təsadüfdür, yoxsa planlı ...
“Səbr edin, üstün olacaqsız” mesajının sahibi kimdir?
-
ABŞ Türkiyədən nə istəyir?
Qərb bir əli ilə terror törədir, digər biri əli “göz yaşını” silir
-
Cavab çox sərt olacaq
“Terror bıçağı” Türkiyənin sümüyünə dirəndi
-
Soylu ABŞ-ın başsağlığını qəbul etməyib
“Qatilin hadisə yerinə ilk gələnlərdən biri olması ...”
-
Terrorçu həbs olundu
Daha 21 nəfər saxlanılıb
-
Terroru törədən bilindi
Türkiyə daxili işlər naziri açıqlama yaydı
-
“Fikirlərim həlak olanların ailələri ilədir”
Dünyadan başsağlığı mesajları
-
7 ildə 16 terror ...
Sonuncu teraktdan 2 ildən artıq vaxt keçmişdi
-
Terrorun sifarişçisi kimdir?
ASALA və ya TAK sadəcə, marionetlərdir
Türkiyənin daxili işlər naziri Süleyman Soylu dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilən terror aktı nəticəsində həlak olanların sayının 38-ə çatdığını, 155 nəfərin isə yaralandığını bildirib. Azərtac xəbər verir ki, ölənlər arasında 30 polis, 7 mülki şəxs də var. Bir nəfərin kimliyi isə hələlik müəyyənləşdirilə bilməyib. Hadisə ilə bağlı saxlanılanların sayı 13-ə çatıb.
***
23:56 (10.12.2016)
Bir az əvvəl «Beşiktaş»ın «Bursaspor»la oynadığı «Vodafone Arena» stadionun qarşısında 10 saniyə içində iki güclü partlayış törədilib.
Strateq.az xəbər verir ki, hadisə ilə bağlı açıqlama verən daxili işlər naziri Süleyman Soylu deyib ki, partlayış nəticəsində onlarla yaralı var:
«İlkin məlumata görə, 10 saniyə ərzində iki ardıcıl partlayış olub. Yaralı polisimizin verdiyi məlumata görə, hadisə nəticəsində onlarla çox insanımız yaralanıb. Hadisə ilə bağlı baş nazirimiz məlumatlandırılıb. Hadisə yerinə əlavə qüvvələr cəlb olunub».
İlkin məlumata görə, terror hadisəsi PKK terrorçuları tərəfindən partlayıcı maddələr yüklənmiş maşınlarla törədilib.
Onu da bildirək ki, hadisə yerindən canlı yayım dərhal qadağan edilib.