Turana qarşı növbəti hücum ...
... və ya Türkiyədə seçki qabağı şərait
V.MUSTAFAYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Deyəsən, Türkiyə 2015-2017-ci illəri, ölkənin mütəmadi olaraq İslam dövləti terrorçuları tərəfindən hücumlara məruz qaldığını unutmağa başlamışdı. O zaman R.T.Ərdoğanın yenidən prezident seçilməsindən sonra terror dalğası yavaş-yavaş sönməyə başladı.
Və 2022-ci ildə yenə də başladı... Belə ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində güclü partlayış baş verdi - 6 nəfər öldü, 80-dən çox insan yaralandı.
Çox qısa müddətdə Türkiyə polisi, teraktı törədən qadın daxil, 50-dən çox şübhəli şəxsi həbs etdi. Dindirilmə zamanı qadın terrorçu “Kürdüstan Fəhlə Partiyası”nın (PKK) hərbi düşərgələrində xüsusi təlim keçdiyini və Suriya vasitəsilə ölkəyə daxil olduğunu etiraf edti. Artıq Türkiyə polisi terrorçuların istifadə etdiyi partlayıcının trinitrotol olduğunu da aşkar edib.
Düşünürəm, bu terror aktının nəticələri Ankaranın yürütdüyü daxili siyasətə ciddi təsir göstərəcək. Artıq bu gün də, İstiqlal küçəsindəki partlayışdan cəmi iki gün sonra, yeni avtomobil partlayışı terror kimi rəsmiləşməsə də, İstanbul əhalisi və turistlər arasında ciddi narazılığa səbəb oldu… Türkiyə Statistika İnstitutunun hesabatına görə, bu ilin II rübündə turizmdən gələn gəlirlər 190 faiz çoxalıb və nəzərə alsaq ki, bu sahə Cümhuriyyət büdcəsinin əsas gəlir mənbələrindən biridir, bu terror əməliyyatının məqsədlərindən biri də rəsmi Ankaraya iqtisadi zərbə endirməkdir.
Digər tərəfdən Türkiyədə Prezident seçkilərinə sayılı aylar qalıb və təbii ki, bu terror aktı müxalifətin hərəkətlərini və R.T.Ərdoğan siyasətindən razı olmayanların tənqid və çıxışlarını xeyli məhdudlaşdıracaq. Artıq partlayışdan dərhal sonra yerli mətbuata müəyyən növ məlumatların yayılması qadağan edildi. Düşünürəm ki, “vintlərin sıxılması” hələ da davam edəcək. Ümumiyyətlə, belə məqamlarda Türkiyə dövləti daxili təhlükəsizlik məsələləri ilə daha ciddi məşğul olmağa başlayır və şübhəsiz ki, bunun təsiri ölkədəki kürdyönlü partiyalara da təsir edəcək. Lakin terror aktında kürdlərin iştirakı ilə bağlı bəzi siyasətçilərin və ekspertlərin dilindən səslənən bəyanatlar, məncə, qeyri-peşəkar və səthidir. Əksinə, bu gün kürdlərlə Ərdoğan arasında müəyyən qədər yaxınlaşma var. Kürdlər niyə indi suları bulandırsın axı? Mən bunda heç bir məntiq görmürəm, sözsüz ki, bu son vaxtlar bütün İraq-Türkiyə sərhədi boyunca yerləşdirilən ABŞ xüsusi təyinatlıları ilə birgə əməliyyat deyilsə. Niyə ABŞ-ın adını çəkirəm? Ona görə ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilk çıxışında xüsusi olaraq vurğuladı: "İstanbulda baş verən terror aktının haradan koordinasiya edildiyini bilirik. ABŞ səfirliyinin başsağlığını qəbul etmirik. Bizə verilən mesajı aldıq və bunun necə bir mesaj olduğunu anladıq. Lakin bu mesaja reaksiya çox açıq şəkildə özünü göstərəcək və həm də özünü yaxın gələcəkdə göstərəcək, inşallah. Biz terrorçunu tutmasaydıq, o Yunanıstana qaçacaqdı...”. Bununla da Süleyman Soylu çayxanalarda və el arasında “Amerika ilə Türkiyə dostdur, sadəcə, siyasi oyun oynayırlar” lətifəsinə son qoyaraq, qəti şəkildə rəsmi Ankaranın düşmənləri olan ABŞ və Yunanıstanın altından yağlı bir xətt çəkdi!
Bu çıxışında Türkiyənin Daxili İşlər Nazirliyinin rəhbəri açıq şəkildə bəyan edir ki, bu terror aktında ABŞ günahkardır, başqa sözlə, Ankara Vaşinqtonla arasında olan kifayət qədər mürəkkəb münasibətləri bütün dünyaya açıqladı. Həmçinin həbs edilmiş və terror aktı törətməkdə günahlandırılan gənc, tünddərili, üzündə qançırlar və sıyrıqlar olan, əlləri qandallı qadın iki Türk bayrağı arasında dayanmış və üzərində simvolik və birmənalı “Nyu York” yazısı olan bənövşəyi rəngli sviter geyinməsini də həmin mesajın davamı kimi anlamaq olar. Ən əsası, ABŞ-a qarşı ittiham açıq şəkildə səsləndirildi və bu, çox ciddi bəyanatdır! Əlində təkzibedilməz dəlil yoxdursa, belə bəyanatları yüksək ranqlı dövlət adamı heç vaxt verməz!
Türkiyənin xarici siyasətinə gəlincə, birincisi, yəqin ki, Suriyanın şimalında növbəti hərbi əməliyyat məsələsi gündəmə gətiriləcək. Türklər artıq İdlib və Afrindən danışırlar. Deməli, bu məsələnin həlli üçün iki variant mümkündür - ya Ankara Dəməşqlə yaxınlaşacaq, ya da xüsusi əməliyyat başlayacaq və Rusiyaya təzyiq göstərəcək ki, Türkiyə qoşunlarına mane olmasın. Ukrayna müharibəsində kifayət qədər əsəbiləşmiş Rusiyanın qərarı isə birmənalı olmayacaq. İkincisi, çox güman ki, Türkiyə İsveç və Finlandiyaya təzyiqlərini artıracaq.
Bir sözlə, Türkiyənin artan qüdrəti və onun Turan və ya bütün türkdilli dövlətlərin birliyini yaratmağa yönəlmiş siyasəti, görünür, bu gün digər oyunçulara sərfəli deyil. Uzaq şərqdə türkdilli Qırğızıstan, Özbəkistan və Qazaxıstanla bağlı öz planları olan Çindir. Yaxın Şərqdə Suriya və Yəmən üzərində bir sıra iddiaları olan İran və onun tərəfdaşı, barışmaz düşmən olan Ermənistan. Şimalda Rusiya - Ermənistanın rəsmi hərbi müttəfiqi, təbii sərvətlərlə zəngin Azərbaycan Respublikasını öz təsir dairəsindən buraxmaq istəməyən İmperiya. Cənubda isə düşmən Suriya və kürdyönümlü İraq. Qərbdə Türkiyəni güclü dövlət kimi görmək istəməyən Yunanıstan və Avropanın ənənəvi iddialarıdır.
Sonda Uinston Çörçillin məşhur kəlamı yadıma düşdü: “Müharibə, tamamilə günahsız insanların başqalarının maraqları üçün ölməsidir” – bu hadisədə bu zavallı istanbullular və bu gözəl şəhəri sevən, onu özünə doğma sayan qonaqlarıdır…