Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:20 | 17 noyabr 2022 | Cümə axşamı
Məqaləyə 1013 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Noyabrın 16-da ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. ABŞ dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha vurğulayıb.
Fransa Senatının məlum son qətnaməsindən sonra ABŞ dövlət katibinin Azərbaycan Prezidentinə zəng etməsi rəsmi Vaşinqtonun Ermənistanla-Azərbaycan arasında sülh danışıqlarına sadiqliyini bir daha vurğulamağa xidmət edir. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında sülh danışıqları əsasən Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirilsə də, sirr deyil ki, ABŞ bu prosesin aparılmasında əsas maraqlı olan tərəfdir. Bu telefon danışığı da məhz ABŞ-ın iki ölkə arasında dayanıqlı sülhə və bölgənin təhlükəsizliyinə nail olmaq üçün Azərbaycanla bu sahədə işbirliyinə önəm verməsindən və danışıqların davam etdirilməsində maraqlı olmasından irəli gəlir.
Bu baxımdan yaranmış indiki vəziyyətdə, yəni Fransanın son pozucu addımları və 10 noyabr sazişindən irəli gələrək Rusiyanın öhdəliklərin yerinə yetirilməsində Ermənistana təsir etməməsi, Bakının nizamlanma prosesini məhz Ankara-Brüssel-Vaşinqton xətti üzrə davam etdirməsi daha məqbul görünür. Məhz bu xətt üzrə sülh danışıqlarında real nəticənin əldə olunma ehtimalı daha yüksəkdir. Son zamanlar Vaşinqtonla Ankara arasında siyasi dialoqun və təmasların daha da intensivləşməsi Azərbaycanın marağına tam cavab verir. Bütün bunların fonunda Fransa senatının yersiz qətnaməsi və Paşinyanın publika ilə oynayan açıqlamaları yalnız danışıqlar prosesindən yayınmağa xidmət edir və bunlar İrəvanın danışıqlar prosesini pozmaq üçün son çabalarıdır. Paşinyanın sülh müqaviləsini çərçivə sənədi kimi təqdim etmək cəhdi və ya Zəngəzur dəhlizinə nə ad qoymasından asılı olmayaraq Ermənistan yaxın zamanda üzərinə götürdüyü öhdəliklər üzrə bu razılaşmalara əməl etmək məcbruriyyətində qalacaq.