vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QARABAĞ  
16:27 | 13 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1414 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan qoşunları cəmləşir»

Qarabağdan qayıdan erməni politoloq: «İntensiv hazırlıq işləri aparırlar»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Azərbaycanın işğal altındakı ərazilərindən İrəvana qayıdan erməni politoloq Tiqran Abramyan təmas xəttində apardığı müşahidələr haqda danışıb. virtualaz.org xəbər verir ki, Tiqran Abramyan «Aykakan Jamanax» qəzetinə açıqlamasında danışıqların dayandığı bir vaxtda təmas xəttində müşahidə edilənlər yeni müharibə hazırlığından xəbər verdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan ordusu təmas xəttində fəallıq nümayiş etdirir və bu fəallıq təkcə mühəndis-istehkam işlərində və snayperlərin fəaliyyətində özünü göstərmir. «Təmas xəttinin müxtəlif istiqamətlərində qarşı tərəfin qoşunları intensiv yerdəyişməsi və cəmləşdirilməsi müşahidə olunur, kiçik miqyaslarda təlimlər keçirilir. Bütün bunlar özü gərginlik yaradır. Danışıqlar olmayanda avtomatik olaraq hərbi əməliyyatların bərpası ehtimalı artır. İstənilən halda Azərbaycan bu istiqamətdə intensiv hazırlıq işləri aparır» – Abramyan deyib.

Xəbər verildiyi kimi bundan əvvəl prezident Serj Sərkisyan da Qarabağa üç günlük səfərinin nəticələri olaraq İrəvanda «erməni ordusunu, xalqını, Dağlıq Qarabağın çətin dövrə hazır olmağa» çağırmışdı. Sərkisyanın bildirdiyinə görə, danışıqlar dayanıb və hazırda təmas xəttində «adi vəziyyət» hökm sürür, ancaq ordu, əhali çətin dövrdə hazır olmalıdır.

Xatırladaq ki, danışıqları dayandıran tərəf Ermənistandır. Ermənistan tərəfi həm prezidentlər, həm xarici işlər nazirləri səviyyəsində danışıqlardan imtina edib. Bunu Azərbaycan tərəfinin hansısa absurd razılaşmaları yerinə yetirməkdən imtina etməsi ilə əsaslandırmağa çalışıb. Əgər Ermənistan danışıqlardan imtinanı seçirsə deməli doğrudan da Sərkisyanın dediyi kimi çətin dövrə hazır olmalıdır, çünki danışıqların alternativi gec-tez müharibədir...