Ot kökü üstündə bitər
ABŞ bin Ladenin oğlunu təhlükəli terrorçular siyahısına saldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
«Əl-Qaidə» lideri Üsəma bin Ladenin oğlu Həmzə bin Laden terrorçu elan edilib. ABŞ Dövlət Departamenti onun adını terrorçuların siyahısına saldığını bildirir.
Bu haqda CNN xəbər verir. 27 yaşlı Həmzə bin Ladenin «terrorçu» adlandırılmasının səbəbi, rəsmilərin dediyinə görə, onun ABŞ-ı terrorla dəfələrlə hədələməsidir.
11 Sentyabr hadisələrinin təşkilatçısı hesab olunan Üsəma bin Laden öldürüləndən sonra analitiklər Həmzə bin Ladenin varis olduğunu deyirdilər.
Dövlət Departamentinin məlumatına görə, 2015-ci ildə «əl-Qaidə»nin başçısı Ayman əl-Zawahiri Həmzə bin Ladeni öz terror təşkilatının üzvü elan edib. 2016-cı ildə isə Həmzə bin Ladenin özünün ABŞ-ı təhdid edən audioyazısı yayımlanıb. O, atasının qətlinə görə Birləşmiş Ştatlardan intiqam alacağına, amerikalılara həm öz ölkələrində, həm də xaricdə qənim kəsiləcəyinə söz verib.
Dövlət Departamentinin dünən – yanvarın 5-də yaydığı bəyanatında Həmzə bin Laden «Xüsusi təhlükəli qlobal terrorçu» adlandırılır. Yalnız ABŞ xalqına, onun milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhlükə yaradan, terror hücumları təşkil edən, ya da təşkil etmək niyyətində olan xarici vətəndaşlara belə ad verilir və bu ad onlara sanksiyalar nəzərdə tutur.
Həmzə Üsəma bin Ladenin 11 oğlundan biridir, ona digərlərindən yaxındır, çünki böyüyəndən yanında olub. CNN onun atasıyla cüt şəkillərini yayımlayıb. «Əl-Qaidə»nin təbliğat videolarında da Həmzə tez-tez görünürmüş. Bəzi videolarda o, şəxsən çıxış edərək, Qərb ölkələrini yeni hücumlarla hədələyib.
«Cihadın Birləşmiş Ştatları» kitabının müəllifi, milli təhlükəsizlik üzrə ekspert Peter Bergen CNN-ə müsahibəsində deyib ki, atası Həmzəni hələ kiçik yaşlarından bu missiyanı yerinə yetirməyə hazırlayıb: «Həmzə cihadın bütün nəzəriyyəsiylə tanışdır. Cihad onun beyninə yeridilib. O, bu nəzəriyyəyə bütün varlığıyla inanır. Onu təhlükəli edən budur».
2011-ci ildə Osama bin Laden öldürüləndə ABŞ qüvvələri Həmzə bin Ladenin də Pakistanda, əməliyyatın aparıldığı binada olduğunu güman edirlərmiş, amma onu orda tapmayıblar. İndi 27 yaşlı gənc «əl-Qaidə»nin yeni üzvü hesab edilir.
«Onlar onu «cihad liderlərinin yeni nəsli» adlandırırlar. Onları idarə etməyə hazırlaşan yeni bin Laden olduğunu deyirlər» , – Demokratiyaları Müdafiə Fondunun əməkdaşı Tomas Coşelin CNN-ə müsahibəsində belə deyib.
Analitiklərin fikrincə, gənc bin Laden «əl-Qaidə»nin yenilənməsinə yardım edə bilər. Təşkilat son illər liderlərinin çoxunu itirib, «İslam Dövləti» (İŞİD) terror qruplaşmasının kölgəsində qalıb, gənc cihadçıların çoxu İŞİD-ə üz tutur. P.Bergenin sözlərinə görə, İŞİD-in təbliğat videoları cihadçılara «əl-Qaidə»nin darıxdırıcı audio-mesajlarından qat-qat maraqlı görünür.