Birinci xanım qalib oldu
Jurnalistlər 2016-cı ilin fəal deputatlarını seçdilər
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Prezident ailəsində toy
“Artıq bizim üç qızımız var”
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
“Xoşməramlı səfiri vəzifəsini ...”
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
-
Səmərqənddə mədəniyyət mehi
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Qubadlının baş planı hazırdır
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
-
Zəngilan aeroportu beynəlxalq status aldı
Prezident və birinci xanım hava limanında baş çəkdi
Parlament Jurnalistləri Birliyi (PJB ) beşinci çağırış Milli Məclis deputatlarının 2016-cı ildəki fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı keçirilən sorğunun nəticələrini açıqlayıb.
PJB-nin sədr müavini Aqil Aslan Modern.az-a bildirib ki, sorğuda Milli Məclisdə akkreditasiya olunan jurnalistlər iştirak edib: «Biz ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçiririk. Bu, sayca 11-ci sorğumuzdur. Parlament jurnalistləri deputatların fəaliyyətini daha yaxından izləmək imkanına malikdirlər. Ona görə də onların seçimi daha obyektiv qiymətləndirilir. Bu il də qərara gəldik ki, üzvlərimiz arasında sorğu keçirib ötən ilin ən fəal deputatlarını cəmiyyətə təqdim edək. Əslində, bu, həm də deputatlarımızın bir daha cəmiyyətə tanıdılması, yaxşı mənada deputatlar arasında rəqabət mühitinin yaradılması və jurnalistlərlə deputatlar arasında sıx əməkdaşlığa xidmət edən bir layihədir».
A.Aslan deyib ki, sorğu nəticəsində «Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən fəal deputat» nominasiyasının qalibi Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva olub: «Millət vəkili Mehriban Əliyeva ötən il 28 May - Respublika günü münasibəti ilə «Amnistiya haqqında» qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət etdi. Mehriban xanımın qanunvericilik təşəbbüsü ilə təqdim etdiyi Amnistiya aktının qəbulu ilə 3500 nəfər məhkumluqdan azad edilib, ümumilikdə bu akt 10 minə qədər insanı əhatə edib. Parlament jurnalistlərinin böyük əksəriyyətinin fikrincə Mehriban xanım nəinki təmsil etdiyi seçki dairəsində, bütün dairələr üzrə seçicilərin problemlərinin həllinə kömək edir. Birinci xanım ölkəmizi beynəlxalq tədbirlərdə də fəal təmsil edib ki, parlament jurnalistləri bunu da yüksək qiymətləndiriblər. Bununla onu demək istəyirəm ki, Mehriban Əliyeva daha iki nominasiya üzrə də qalib olub».
«İlin ən fəal deputatı» nominasiyasının qalibləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Zahid Oruc, Əflatun Amaşov və Çingiz Qənizadə olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə plenar iclaslarda gündəliyə dair təkliflər və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.
«Seçici hüquqlarını müdafiə edən ən fəal deputat» nominasiyasının qalibləri isə Qənirə Paşayeva, Yevda Abramov, Vahid Əhmədov və Əli Məsimli olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri problemlərin həllinə yardımçı olduqlarına görə müəyyən ediliblər.
«Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat» nominasiyasının qalibləri isə Bahar Muradova, Fuad Muradov, Sevinc Fətəliyeva, Azay Quliyev, Rövşən Rzayev və Cavanşir Feyziyevdir. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2016-cı ildəki fəaliyyəti dövründə Azərbaycanı beynəlxalq təşkilatlarda fəal təmsil etdiklərinə görə müəyyən ediliblər.