vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
OLAY  
10:43 | 17 yanvar 2017 | Çərşənbə axşamı Məqaləyə 2460 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məmmədovların dayaq nöqtəsi dağıldı

Trampın adını Bakıdakı binanın üstündən sökdülər, ABŞ prezidenti Azərbaycandakı biznesinə son verdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Yanvarın 16-da «Trump International Hotel&Tower» lövhəsi Bakıdakı otelin üzərindən sökülüb. Hələ bir ay öncə ABŞ prezidenti seçilən Tramp elan etmişdi ki, andiçmə mərasiminə qədər maraqların toqquşması riski yaradan layihələrə son verəcək.

«Trump Organisation»ın icraçı vitse-prezidenti və baş konsulu Alan Qarten Azərbaycandan başqa, Braziliya və Gürcüstandakı lisenziyaların ləğvini maraqlar toqquşması riskindən daha çox şirkətdəki «təmizləmə» işləri ilə əlaqələndirmişdi. O bildirmişdi ki, lisenziya razılaşmanın şərtlərinə əməl edilmədiyinə görə, ləğv olunub.

Donald Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq.

İstər prezidentlik kampaniyası dövründə, istərsə də sonradan qərb mediası Tramp və onun Azərbaycanlı ortağı Anar Məmmədov haqda xeyli məqalələr dərc edib.

«The Washington Post» qəzeti yazırdı ki, neft ölkəsi olan Azərbaycanda Tramp 35 yaşlı milyarder Anar Məmmədovla tərəfdaşlıq edib və bu əməkdaşlığından il yarımda azı 2.5 milyon dollar qazanıb.

Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur. O, adını ZQAN-dan «Garant»a dəyişən holdinqə rəhbərlik edir. Bakıdakı Tramp hotelini də «Garant Holding» tikdirib.

Anar Məmmədov həm də Azərbaycan- Amerika Alyansının təsisçisidir. Alyans dörd ildə Vaşinqtonda qala yeməklərlə birlikdə lobbiçilik işlərinə azı 12 milyon dollar pul xərcləyib. (azadliqradiosu.az)