Şotlandiya Xocalı soyqırımını tanıdı
Krallıq parlamentində faciə ilə bağlı qətnamə qəbul edilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Cəhənnəmə getmək üçün yoldaş axtarışı
Minlərlə insan “intihar ortağı” tapmaqla həyatına son qoyur
-
“Çox yaxşı vəziyyətdədir”
Birinci Dünya müharibəsində 524 nəfərlə birgə batan gəmi tapılıb
-
Balinaların kütləvi intiharı
Şotlandiyada sahillərində 77 balina tapılıb
-
Şübhəli bağlama təlaşı
Qlazqo hava limanının işi iflic olub
-
Şotlandiya referendum istəyir
Britaniya hökuməti icazə verməlidir, amma London meylli deyil
-
London sanksiyalar hazırlayır
Britaniya tanker insidentini cavabsız qoymayacaq
-
Baş nazirin qudurğan qohumu...
... Kembric universitetindən qovuldu
-
Xərçəng xəstəlik deyil
Dünyanın bir nömrəli bəlasına çevrilən bəla sən demə biznes mənbəyi imiş
-
Viski istehsalındakı tullantılardan yanacaq hazırlanır
Bioloji baxımdan həll oluna bilən mikroplastiklər
-
Aya 5000 dollara «ruhlar yaşayan evdə» qulluqçu olardınızmı?
Son bir ildə 5 dayə dəyişilib
-
Velosiped xərçəng riskini iki dəfə azaldır
Alimlər 5 illik tədqiqatdan sonra bu qənaətdədir
-
Kişilər niyə keçəlləşir?
Alimlərdən yeni cavab
-
«Azərbaycan diasporu yox vəziyyətdədir»
«Xocalı ilə bağlı qərarların arxasında yəhudi lobbisi durur»
-
«Dünya ədaləti bərpa etməyə borcludur»
Müqəddəs İohann Suveren Ordeni OSJ Xocalı soyqırımı haqqında deklarasiya dərc etdi
-
Ya «hə», ya da «yox»
Şotland referendumu, Braunun dedikləri və siyasətdə Şərq ahəngi
-
Aİ Şotlandiyaya racon kəsdi
Müstəqillik istəyən hər il 500 milyon funt sterlinq ödəməlidir
Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilib. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin fevral ayının əvvəlində Şotlandiya parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında qərarın mətni parlamentin saytında yerləşdirilib.
Şotlandiya parlamenti üzvlərinin mütləq əksəriyyəti öz adlarını qətnamə layihəsinin mətninə əlavə etməklə, təklif olunan qətnamənin qəbul olunmasına dəstək veriblər.Qəbul olunmuş qətnamədə Azərbaycanla Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmaqla bərabər, ötən əsrin 90-cı illərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində həyata keçirilmiş işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın yerli əhalisinə qarşı soyqırımı kimi tanınır. Parlament üzvlərinin 80 faizinin tərəfdar çıxdığı qərarda Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur.
Qərarda BMT tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında saxlanıldığı vurğulanır, münaqişənin beynəlxalq hüquq normaları əsasında həll olunmasına dəstək ifadə olunur.
Qətnamənin surəti Şotlandiya parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən bu gün Şotlandiya parlamentində olan Azərbaycan nümayəndə heyətinə təqdim olunub. Nümayəndə heyətinin Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, millət vəkili Cavanşir Feyziyev, Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərov və səfirliyin əməkdaşları tərkibində olublar.
Qeyd edək ki, ötən ilin noyabrında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin üzvü, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər ediblər. Səfər zamanı Şotlandiya parlamentində bir sıra görüşlər keçirilib, görüşlərdə şotlandiyalı parlamentarilərə verilən ətraflı məlumatlar əsasında bu ilin fevral ayının əvvəllərində Şotlandiya parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında qərarın mətni parlamentin saytında yerləşdirilib.