vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
18:04 | 5 dekabr 2022 | Bazar ertəsi Məqaləyə 665 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şübhəli bağlama təlaşı

Qlazqo hava limanının işi iflic olub

MURAD

Şotlandiyanın Qlazqo hava limanında sərnişinin baqajında​​ şübhəli bağlama aşkarlandığı üçün daxili terminal bağlanıb. Şübhəli paket Qlazqo hava limanında təlaşa səbəb olub.

Yerli vaxtla saat 06:00 radələrində baş verən hadisədə bir sərnişinin baqajında ​​şübhəli bağlama aşkar edilib. Hadisə yerinə gələn polis təhlükəsizlik tədbirləri çərçivəsində daxili terminalı bağlayıb. Hava limanında sıxlıq səbəbindən uzun növbələr yaranıb.

Hava limanından verilən açıqlamada, təhlükəsizlik araşdırması tamamlanana qədər uçuşların dayandırıla biləcəyi vurğulanıb: “Şotlandiya polisi ilə birlikdə hərəkət edirik. Tezliklə yeni məlumatları paylaşacağıq”, – deyə açıqlamada bildirilib

Şotlandiya polisinin daha sonra verdiyi açıqlamada “Partlayıcı maddələrin zərərsizləşdirilməsi komandası (EOD) ərazidədir. Ətraf mühasirəyə alınıb. İşçilər və sərnişinlər piştaxtadan çoxmərtəbəli dayanacağa aparılıb. Polis və təcili yardım qrupları ərazidədir”, – deyə məlumatda deyilir.