Qanlı 26 fevraldan 25 il ötür
Erməni işğalçılarının törətdiyi Xocalı soyqırımından ildönümüdür
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Holokostdan 81 il keçir
Bu müddət ərzində insani dəyərlər 1 addım belə irəli gedə bilməyib
-
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan 1918-ci ilin mart qırğınlarından 104 il ötür
-
Qan yaddaşımızın 101-ci ili
Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qubada anım mərasimi və konfrans keçiriləcək
-
İrəvandan Rusiyaya ittiham
Dövlət Duması üzvlərinin Bakı səfəri erməniləri çilədən çıxarıb
-
Azərbaycanda həyat durdu
Bir dəqiqəlik sükut
-
Xocalılı körpəyə göndərdiyim oyuncaq
Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq?
-
“Qurtuluş istəyirsinizsə...”
Ankaradan İrəvana hədə kimi mesaj
-
Bakıda ümumxalq Xocalı izdihamı
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak edib
-
Xocalını Bakıda yenə kim satdı?
“CBC” dəhlizlərində verilən sabotaj qərar, yaxud “Sonsuz dəhliz”ə düşmən münasibət
-
Xocalı həqiqətlərini dünyaya çatdıraq
Qəddarlığı və amansızlığı ilə xüsusi fərqlənən soyqırım təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir
-
“... onlara nə deyim?”
Deputat Flora Qasımova:”Seçicilərimin qarşısına çıxıb, ...”
-
İstanbulda virtual müharibə
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
-
«25 illik müxalifət yenə də öz ampluasındadır»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
-
«1 həftəyə Qarabağı ...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
-
«Bunu heç vaxt unutmayacağıq»
İlham Əliyev «Rossiya-24» telekanalına müsahibə verib
-
«O cür dəhşətli gözləri ömrüm boyu görməmişəm»
«Xocalı şahidləri danışır» kitabının təqdimatı keçirilib
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsindən 25 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis «26 fevral - Xocalı soyqırımı günü haqqında» xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Heydər Əliyev Fondu da Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Fondun dəstəyi və təşkilatçılığı ilə soyqırımla bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anım mərasimləri keçirilir.
Fondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən «Xocalıya ədalət!» kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərdə məqsəd Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. Təsadüfi deyil ki, 2012-ci ilin yanvarında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının İndoneziyanın Palembanq şəhərində keçirilən VII sessiyasında 51 ölkənin parlament nümayəndələri Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanınması ilə bağlı müvafiq qətnamə qəbul edib.
«Xocalıya ədalət!» beynəlxalq informasiya kampaniyası hazırda dünyanın onlarla ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Hazırda Pakistan, Meksika, Çexiya, Kolumbiya, Bosniya və Herseqovina parlamentləri Xocalı faciəsini soyqırım və Azərbaycana qarşı cinayət aktı kimi tanıyıblar. Bundan əlavə, Xocalı soyqırımı ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları tərəfindən də tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən «Xocalıya ədalət!» kampaniyasının əhəmiyyətini nəzərə alaraq, ««Xocalıya ədalət» kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında» 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.
Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.