“Qurtuluş istəyirsinizsə...”
Ankaradan İrəvana hədə kimi mesaj
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Vaxtaşırı qeyd elədiyimiz kimi, Ermənistana qarşı müharibə təkcə səngərlərdə getmir. İqtisadi, hərbi qüdrətin artırılmasının vacibliyi öz yerində, beynəlxalq rəyi öz xeyrinə möhkəmlətmək üçün virtual məkanda aparılan informasiya-təbliğat mübarizəsi eyni dərəcədə önəm daşıyır. Təbii ki, diplomatiya, təhlükəsizlik-kəşfiyyat məsələləri də həmişə diqqətdə saxlanmalı məsələlərdir.
Bu gün ermənilərin bəşəriyyət əleyhinə törətdikləri qətliamın - Xocalı soyqırımının 27-ci ildönümüdür. Amma paradoksa bax ki, XX əsrdə belə bir vəhşiliyə imza atan, onu israrla danıb özünü dünyaya sivil toplum kimi göstərməyə çalışan bir xalq on illərdir özünün soyqırıma məruz qaldığını iddia edir. Üstəlik, Ermənistan adında qondarma bir dövlət qonşusunun qanuni ərazisinin 20 faizini işğal altında saxladığı halda, beynəlxalq birlikdən ədalət, hətta Azərbaycanı “cəzalandırmağı” tələb edir.
Əfsus ki, böyük erməni yalanlarının ayaq tutub yeriməsində xristian amili xüsusi rol oynayır. Bədxah qonşularımızın istər Qarabağ, istərsə də uydurma genosid məsələsində bu gün də aqressiv mövqe sərgiləməsinə bu faktor məxsusi stimul verir, işğalçıların xeyrinə işləyir. Təsadüfi deyil ki, hazırda saxta “erməni soyqırımı”nı tanıyan dövlətlərin hamısı (yarım-müsəlman Livan istisna olmaqla) xristian ölkələridir. Heç ermənilərə rəğbəti ilə seçilən İran da bu addıma getməyib.
Xristian ölkələri arasında isə Avropa Birliyi dövlətləri əksəriyyət təşkil edir. O Avropa Birliyi ki, 50 ildən çoxdur Türkiyəni “qapı ağzında” saxlayır, üzvlüyə qəbul eləmək üçün min bəhanə ortaya atır. Halbuki səbəb təkdir. Onu az öncə prezident Rəcəb Tayyib Ərdoğan belə ifadə eləmişdi: “Türkiyə ona görə AB-yə üzvlüyə götürülmür ki, müsəlman ölkəsidir. Əvvəlcə bizə qarşı 15 şərt irəli sürürdülər, sonra 35 oldu...”
Bu şərtlərin başında isə Ankaranın olmayan “soyqırımı” tanıması tələbi gəlir. Avropa Parlamenti (AB-nin əsas orqanı) bununla bağlı hətta iki dəfə tələb-qətnamə də qəbul edib. Təbii ki, hədəf qardaş ölkənin quruma yolunu əngəlləmək, yaxud Türkiyəni müti, sözəbaxan dövlətə çevirəndən sonra təşkilata götürməkdir. Əlbəttə ki, qos-qoca Türkiyə, tarixdə möhtəşəm imperiyalar yaratmış bir toplum buna heç vaxt qol qoymaz. Bunu gözləyənlər boşuna vaxt itirir - o cümlədən xain və nankor erməni qonşular...
* * *
“Ermənilər qondarma soyqırım iddiasından əl çəkməli, ASALA terror qruplaşmasının cinayətlərinə və Azərbaycan şəhəri Xocalıda insanlıq əleyhinə cinayətlərə görə cavab verməlidirlər". Bunu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib. Y.Topçu Xocalıda ermənilərin əsrin ən böyük qanlı faciəsinin törətdiyinə yada salaraq deyib: “1915-ci ildə Rusiya imperiyasından kömək alan ermənilər Anadoluda bir çox şəhərlərdə, o cümlədən Qars, Ərzurum və Ərdahanda türklərə qarşı qanlı cinayətlər törədiblər”.
Baş müşavir daha sonra vurğulayıb ki, ermənilərin bir tərəfdən Xocalıda törətdikləri vəhşiliklərə göz yumması, digər tərəfdən isə 1915-ci il hadisələrinə görə Türkiyə əleyhinə iddia qaldırması əsla qəbuledilməzdir. “Arxivlər 1915-ci ildə erməni quldur dəstələrinin dinc türkləri qətlə yetirdiyinə dair faktlarla doludur”, - deyə o qeyd edib.
Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması imkanına da toxunan Ankara rəsmisi bildirib ki, rəsmi Ankara İrəvanın səmimiyyətinə inanmır: “Ermənilər məcbur qalıb Türkiyə ilə yaxınlaşmaq üçün addım ata bilərlər, lakin onlardan səmimiyyət gözləmək sadəlövhlük olardı. Tarixdə yaşanan hadisələr bu gün belə bir qərara gəlməyimizə əsas verir”.
O əlavə edib ki, bu məsələdə Türkiyənin mövqeyi açıq və qətidir: “Ermənilər ilk növbədə işğal etdikləri Azərbaycan torpaqlarını azad edəcək, Azərbaycandan üzr istəyəcək, bundan sonra isə Ankara Bakı ilə məsləhətləşərək vəziyyəti qiymətləndirəcək. Türkiyə və Azərbaycan Ermənistandan beynəlxalq hüquqa zidd bir şey tələb etmir. Ermənistan işğalçı dövlətdir”.
Türkiyə rəsmisinin bu sözlərini, ilk növbədə Ankaradan İrəvana hədə kimi mesaj, net mövqe kimi qəbul etmək lazımdır.
* * *
Ermənistanın yeni rəhbəri, Baş nazir Nikol Paşinyan isə belə görünür, sələfləri kimi illüziyalarla yaşayır, hələ də və sadəlövhcəsinə ümid edir(di) ki, Türkiyə qeyd-şərtsiz Ermənistanla sərhədləri açacaq, işğal faktı dura-dura, Qarabağ məsələsində radikal mövqe tuta-tuta, blokada rejimi götürüləcək.
Paşnyan bununla bağlı indiyədək iki dəfə Ankaraya rəsmi çağırış edib, lakin hər dəfə sərt cavab alıb, 2 haqlı şərt eşidib: “Öncə işğala son qoyun və saxta soyqırım iddiasından imtina edin”.
İrəvanın mövqeyindəki absurdluq həm də ondadır ki, Ermənistanda əhalinin sosial durumu ağır olaraq qalır, ölkədən kütləvi köç davam edir və gedənlərin bir çoxu isə nə qədər qəribə də olsa, soyqırımda günahlandırılan Türkiyəyə pənah aparır. Hazırda qardaş ölkədə 100 minə yaxın erməni əmək miqrantı çörək pulu qazanır.
Öz xalqının güzəranını yaxşılaşdırmağı vəd edən Paşinyan isə inqilabdan sonrakı 10 ayda hələ də bu yöndə ciddi uğura nail olmayıb, erməniləri vədlərlə yedizdirməkdə davam edir. Əsas səbəb əlbəttə ki, həll olunmayan Dağlıq Qarabağ problemi, Türkiyə və Azərbaycanla sərhədlərin bağlı qalmasıdır. Artıq optimist ermənilər də Paşinyanın uğurlu və bacarıqlı rəhbər olacağına şübhə ilə yanaşmağa başlayıblar.
* * *
“Dekabr seçkilərdən az sonra Ermənistanda inqilabi eyforiya obyektiv olaraq enməyə başlayıb və sürətlə enməkdə davam edir. Ancaq seçkilərin ardınca hakimiyyət konkret proqram irəli sürüb onu peşəkar komada ilə reallaşdırmağa girişsəydi, bu enmə sürətli olmazdı”. Bu barədə 1in.am portalında dünən getmiş tənqidi məqalədə deyilir.
Müəllif yazır: “Halbuki seçkilərdən sonra biz yenə eyn kadr siyasətini görür - nəyin əsasında ki, peşəkarlıq yox, inqilaba və Paşnyana sədaqət dayanır. Hökumətin təqdim elədiyi keyfiyyətsiz proqramı və tənqidə tamamilə qapalı hökuməti görürük. Hakimiyyətin isə inqilab eyforiyasını saxlamaq və bu eyforiyanı özünə qarşı stabil ictimai etimada çevirmək üçün bir yolu var: effektiv iş və görünən nəticələr. Hələ ki nə bu var, nə də digəri. Belə şəraitdə zaman Nikolun və onun başçılıq elədiyi siyasi komandanın əleyhinə, siyasi rəqiblərin isə xeyrinə işləyir. Öz növbəsində cəmiyyətdə sosial-iqtisadi problemlərlə bağlı narazılıq artır. Nədən ki, yen hakimiyyət hələ ki heç bir sosial problemi həll eləməyib və onların həll üçün zəmin göstərməyib”.
Sonuncu qənaətlərlə razılaşmamaq mümkünsüzdür. Ermənistanın irili-xırdalı problemlərinin yeganə həll yolu isə bəlli - işğaldan və saxta soyqırım iddiasından imtina! Nəyi ki, Ərdoğanın baş müşaviri də xüsusi vurğulayıb. Əks halda, Ermənistanda nə qədər hakimiyyət dəyişir-dəyişsin, sosial-iqtisadi vəziyyət yaxşıya dəyişməyəcək.. Necə ki, dəyişmir..