«Rəhimzadə yaxşı bilir ki…»
Nizami Cəfərov: «Ermənilər heç vaxt türklər arasında fərq qoymayıblar»
Ülviyyə XUDİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
5 illik üzvlükdə nə qazandıq?
Məsləhət olmasaydı Heydər Əliyev KTMT-dən çıxmazdı…
-
“Sözlüy”ü düz görməyən “gözlüklülər”
İşin özünü yox, görüntüsünü yaratmaq dövrü çoxdan ötüb
-
Məsuliyyətsizlik, yoxsa biganəlik?
Bakıda «26-lar»ın adını daşıyan küçə var
-
«Dərs ilinin müddəti uzadılmalıdır!»
Ziyalılardan Təhsil Nazirliyinə dəstək
-
Rasizadə, yoxsa Rasi-zadə...
Baş nazirimizin soyadını necə yazaq?
-
«Atatürkü inkar etmək olmaz»
Nizami Cəfərov: «Bizim öz planımız və proqramımız var»
-
«Rus dilli olması nəzərə alınmalıdır»
Dilçi deputat danışığını bilməyən həmkarlarına haqq qazandırdı
-
««Marlborro»nun oduna düşdüm»
Siqaret çəkən deputatlar onu tərgitmək istəmirlər
-
Müraciət forması
Adımızın yanına hansı sözü qoşaq?
-
Soyadlar məcburi milliləşdiriləcək
Nazirlər Kabineti qərar hazırlayır
-
Muğannanın ailəsilə maraqlanan yoxdur
Mərhum yazıçının xanımı gözünün əməliyyatı üçün pul tapmır
-
Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin KM.ru rus xəbər portalına müsahibəsi qalmaqala səbəb olub. Sosial şəbəkədə deputatın ünvanına kəskin fikirlər səsləndirilib. Həmin müsahibədə Arif Rəhimzadə azərbaycanlıların türk olmadığını deyir, hərçənd müsahibə yayılandan sonra deputat fikirlərinin təhrif olunduğu haqda danışıb. Onun müsahibəsinin tərcüməsini olduğu kimi dərc edən virtualaz.org saytını günahlandırmağa çalışıb.
Müsahibədəki fikirlərə Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov da münasibət bildirib. N.Cəfərov virtualaz.org saytına deyib ki, Arif Rəhimzadə tarixi dərindən bilir və Azərbaycan xalqının türk xalqlarından biri olduğundan xəbərdardır.
«Arif Rəhimzadənin müsahibəsi hay-küy yaradıb. Arif müəllim tarixi dərindən bilir. O, həmişə tarixi faktlara əsaslanıb danışır. Amma bu dəfəki müsahibədə ifadəsi anlaşılmazlıq yaradıb. Arif Rəhimzadə çox gözəl bilir ki, Azərbaycan xalqı da türk xalqlarından biridir», - N.Cəfərov əlavə edib.
N.Cəfərovun sözlərinə görə, ruslar Azərbaycan türkləri ilə Türkiyə türklərini çoxdan fərqləndiriblər. Bu tarixi mənbələrdə də əksini tapıb. «Azərbaycanlılara «tatar» deyilməsi də düzgün deyil. Bu fikrə ziyalılarımız etiraz ediblər. Birmənalı olaraq biz türkük», - deputat qeyd edib.
Ermənilər üçün isə Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında fərq qoyulmayıb: «Ermənilər heç vaxt türklər arasında fərq qoymayıblar. Onlar üçün fərqi yoxdur, Anadolu, Osmanlı, Azərbaycan, yaxud İran türkü-hamısına qarşı düşmən mövqeyindədirlər. Hamımız türk mənşəliyik. Arif Rəhimzadənin ifadəsi düşgün qoyulmayıb».