Soyadlar məcburi milliləşdiriləcək
Nazirlər Kabineti qərar hazırlayır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sözlüy”ü düz görməyən “gözlüklülər”
İşin özünü yox, görüntüsünü yaratmaq dövrü çoxdan ötüb
-
4 xarici dil bilən baş nazir
Nazirlər Kabinetinin 71 yaşlı yeni rəhbəri kimdir?
-
“Bu günə qədər danışmağı sevirdim ...”
Novruz Məmmədov: “Daha çox işləmək lazımdır”
-
Sovetskidə söküntü qərarı
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
-
Məsuliyyətsizlik, yoxsa biganəlik?
Bakıda «26-lar»ın adını daşıyan küçə var
-
«Dərs ilinin müddəti uzadılmalıdır!»
Ziyalılardan Təhsil Nazirliyinə dəstək
-
«Rəhimzadə yaxşı bilir ki…»
Nizami Cəfərov: «Ermənilər heç vaxt türklər arasında fərq qoymayıblar»
-
Rasizadə, yoxsa Rasi-zadə...
Baş nazirimizin soyadını necə yazaq?
-
«Atatürkü inkar etmək olmaz»
Nizami Cəfərov: «Bizim öz planımız və proqramımız var»
-
«Rus dilli olması nəzərə alınmalıdır»
Dilçi deputat danışığını bilməyən həmkarlarına haqq qazandırdı
-
««Marlborro»nun oduna düşdüm»
Siqaret çəkən deputatlar onu tərgitmək istəmirlər
-
«Son dərəcə bahadır»
Nazir müavinindən kinolarla bağlı etiraf
-
Müraciət forması
Adımızın yanına hansı sözü qoşaq?
-
Muğannanın ailəsilə maraqlanan yoxdur
Mərhum yazıçının xanımı gözünün əməliyyatı üçün pul tapmır
-
«Adamda bir insaf olar da…»
Baş nazir müavini əsəbiləşdi
-
Azərbaycanda soyadlar məcburi milliləşdiriləcək. Bu barədə lent.az-a Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, bununla bağlı AMEA-nın Adlar və soyadlar komissiyası Nazirlər Kabinetinə tövsiyələr verib. Hazırda Nazirlər Kabineti bu işin hüquqi tərəfi üzərində işləyir. Bir az geciksə də, Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsi ilə bağlı qərar veriləcək».
Komitə sədri deyib ki, yeni qərar mənəvi baxımdan dünya azərbaycanlılarını, hüquqi baxımdan isə respublika vətəndaşlarını əhatə edəcək. Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsi ilə bağlı verəcəyi qərar məcburi icra ediləcək: «Bu, yeni doğulan uşaqlar üçün məcburi olacaq. Məsələn, ola bilməz ki, Nizami Cəfərov bu yaşında soyadının sonluğunu dəyişsin».
N. Cəfərov onu da vurğulayıb ki, Mədəniyyət Komitəsi də soyadların milliləşdirilməsi ilə bağlı sənədin üzərində işləyir: «Fikrimcə, ad və soyadlarla bağlı ayrıca yeni qanun qəbul olunmalıdır. Çünki bu sahədə, xüsusən də adlarla bağlı mürəkkəb məsələlər var. Bəzən uşaqlara elə adlar qoyulur ki, onlar özünü doğrultmur. Mədəniyyət Komitəsi soyadların sonluğunun 6 variantını tövsiyə edib. Ancaq bu gün azərbaycanlıların 80 faizinin soyad sonluğunu -ov, -yev, 10 faizini -lı, -li, -lu, -lü, 10 faizini isə -zadə sonluğu təşkil edir».