vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
QALMAQAL  
12:30 | 28 dekabr 2016 | Çərşənbə Məqaləyə 2959 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rus dilli olması nəzərə alınmalıdır»

Dilçi deputat danışığını bilməyən həmkarlarına haqq qazandırdı

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Son vaxtlar bəzi deputatların açıqlamaları gündəmi zəbt etməkdədir. Xüsusilə, həssas məsələlərlə bağlı edilən yanlış çıxışlar qınaq obyektinə çevrilir. Deputat Astan Şahverdiyevin Rusiyada işləyən azərbaycanlıları «otxod» adlandırması bir daha bəzi deputatların danışarkən, fikirlərini ifadə edərkən dil qüsurlarının olduğunu göstərir.

Axı necə olur ki, Milli Məclisdə təmsil olunan şəxslər, fikirlərini ifadə edərkən qüsurlara yol verirlər?! Ümumiyyətlə, xalqı təmsil edən şəxs, necə danışmalıdır ki, cəmiyyət tərəfindən qınaq obyektinə çevrilməsin?

Milli Məclisin dilçi deputatı Nizami Cəfərov Modern.az-a açıqlamasında mövzuya aydınlıq gətirərkən deyib ki, bu cür problemlərin kökündə həddən artıq səmimi rəftar dayanır.

«Görünür, bəzi millət vəkillərimiz ifadələr işlədəndə həddindən artıq səmimi olmağa çalışırlar. İstəyirlər ki, həddindən artıq xalq dilində ifadələr işlətsinlər. Güman edirlər ki, xalq dilində danışsalar, düzgün başa düşüləcək. Amma düzgün də başa düşülmür. Bu fikirdəyəm ki, millət vəkillərinin fəaliyyəti ortadadır.

Onlar bir dəfə, iki dəfə çıxış edib, müsahibə vermirlər. Bəzən fikirlərini  yumoristik formada ifadə edirlər. Bu zaman onu başqa istiqamətlərə yozmaq cəhdləri olur. Təbii ki, bu cür yozumlar müsbət tərəflərə olmur. İşin içindən iş çıxarılmasına cəhdlər olur.  Məsləhət budur ki, millət vəkilləri müsahibə verəndə, bir söz deyəndə elə ifadələr işlətsinlər ki yanlış tərəfə   yozulmasın».

Dilçi deputat, bəzi deputatların rusdilli olmalarına da münasibət bildirib.

«Düşünürəm ki, deputat  bəzi ifadələri işlədərkən, onun rus dilli olması amili də nəzərə alınmalıdır. Yaxud da deputat istəyir ki, xalq dilində nəsə bir söz desin. Özünə əmindir. Bilir ki, onu seçənlər onu yaxşı tanıyırlar. Həddindən artıq səmimi olurlar. Görünür, siyasətdə bu səmimiyyət işlərinə bir balaca nəzarət də lazımdır. Problemləri onda görürəm. Deputatların bu cür ifadələr işlətməsi dilçilik məsələsi deyil.

Dilçilik məsələsi o zaman ola bilər ki, ifadəni səhv işlədər. Sadəcə ifadəni  yerində işlətmək məsələsi var. Üslub məsələsi dildən çox kənar məsələdir. Bu, mədəniyyət deməkdir. Millət vəkili onsuz da böyük təcrübə qazanmış olur. Deputat seçkilərində iştirakın özü xeyli təcrübə qazandırır».

Nizami Cəfərov, Astan Şahverdiyevin «otxod» ifadəsinə də aydınlıq gətirib.

«Astan müəllim dili gözəl bilən, çox böyük təcrübəsi olan millət vəkillərindəndir. Həm də çox səmimi insandır. Xalq adamıdır. Xalqın içindən çıxmış adamdır. Ömür boyu məcburi köçkünlərlə bir yerdə olmuş adamdır. Onların hüquqlarını müdafiə edən insandır. Cəmiyyətdə hansısa bir insanın, toplumun ziyanına danışmaz. Hətta, bilirəm ki, işlətdiyi ifadələrə görə ciddi şəkildə dərd çəkir».