vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
10:23 | 7 aprel 2017 | Cümə Məqaləyə 4416 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mayamililəri məftun edən «Savalan»

Və ya Azərbaycanın adını ilk dəfə eşidən somelye Qəbələnin qızıl əhmədinin vətəni olduğunu necə bildi?

Azər QƏRİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Açığı deyim, özüm eşitməsəydim, inanmazdım. Deməli, gedəndə özümlə 3-4 şüşə şərab aparmışdım, bir neçə səbəbdən. Əvvəla, xaricdə şərab ən dəbdə olan hədiyədir. Ev gördü, ad günü, qaynana ilə ilk unudulmaz görüş - qoltuqlarına bir butulka vurub, gedirlər qonaq.

İkinci səbəb - qardaşımın ad günündə istəyirdim masada bizim içki də olsun.

Üçüncü səbəb – «Savalan» mənim üçün yalnız çaxır deyil. O doğma yurdum olan Qəbələnin məhsuludur, onun brendidir, onun adıdır və brendin sahibi dostum olmasaydı belə, mən onu dəstəkləyərdim. Necə ki, Qəbələ, Xanlar mənə hər bayram pay göndərməsə də, mən onu yenə də piar edəcəm.

Və dördüncü səbəb - əvvəlcədən səfər proqramımda Mayamidə somelye ilə görüş nəzərdə tutulmuşdü.

Somelye bilirsiniz də kimdir - şərab mütəxəssisi, restoranlarda şərab məsləhətçisi, ay bu ətlə bunu için, ay bu balıqla bunu dadın, bir sözlə çaxırın akademiki və Aqualina otelinin restoranları mənə Kaliforniya şərablarını təqdim etmək istəyirdilər.

Xülasə, axşam somelye qardaşımızı çəkdim qirağa ki, bir dənə Azərbaycan şərabı gətirmişəm, bax bir ona, qiymət ver. Yox, keyfiyyətinə şübhəm yox idi, çünki həm özüm də içirəm, həm də Qəbələmin məhsulu Avropanın müxtəlif sərqilərində mükafatlar qazanıb artıq, sadəcə mənə maraqlı idi amerikalı somelyenin rəyi.

Əvvəl məndən soruşdu ki, Azərbaycan harada yerləşir, bir az coğrafiya dərsi keçdim, bir az tariximizdən danışdım, sonra dedim ki, Kolumb hələ heç sənin Amerikana ayaq basmamışdı, Azərbaycanda artıq şərab istehsal edirdilər. Özüm bilə-bilə dedim ki, çox «xod» getməsin.

Nə başınızı ağrıdım, dediyim odur ki, professional olmaq başqa şeydir. Deməli, somelye şüşəyə baxdı, sonra onu açdı, çaxırı qədəhə süzüb iynədi, sonra bir qurtum aldı və gözlərini yumub dərin fikrə getdi.

Və nə desə yaxşıdır? Təsəvvür edin, qayıdasan ki, bu şərabı istehsal edən yerdə çoxlu qırmızı alma bağları var.

Mən şoka düşdüm, axı Qəbələ Qızıləhmədi almaları ilə də məşhurdur! Bu necə mümkündür?

Dağların ətəyidir dedi, çay qırağında yetişir üzüm, bunu şərabın dadından bilirəm, çox zəngin dadı var dedi, bahalı şəraba oxşayır dedi.

Nə deyim, açığı əvvəllər mən bu somelye deyilən peşəyə skeptik yanaşırdım, amma əməlli hörmətim artdı. Sonda isə bilirsiniz nə dedi?

Dedi, olar mən bu şərabı aparım özümlə evdə xanımımla dadım?

Eşq olsun Qəbələmə!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)