Tramp niyə sürətlə dəyişir?
Elxan Şahinoğlu: «Amerikadakı siyasi sistem prezidentə təkbaşına hərəkət etmək imkanı vermir»
Cavanşir ABBASLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
ABŞ-ın yeni dövlət başçısı Donald Trampın siyasətində sürətlə dəyişikliklərin getdiyinin şahidi olmaqdayıq. Onun timsalında bu ilin yanvarındakı inauqurasiya mərasimindən sonra tam fərqli bir şəxsi görməkdəyik. Belə ki, prezident olduğu aylar ərzində onun seçki təbliğatı dövründəki vədləri açıq şəkildə pozduğunu müşahidə edirik.
Trampın qalibiyyətində mühüm rol oynamış vədlərindən biri - heç bir dövlətin daxili işlərinə qarışmayacağı, amerikalı əsgərlərin başqa bir dövlətin ərazisində mənasız müharibələrdə həyatlarını itirməyəcəyi ilə bağlı idisə, artıq Ağ Evin yeni sahibinin dediklərinin əksinə şahidlik etməkdəyik.
Rusiya ilə münasibətlərdə də Trampın mövqeyində mühüm dəyişikliklər baş verməkdədr. Əksəriyyət onun qalib gələcəyi təqdirdə ABŞ-Rusiya münasibətlərində yumşalma olacağını düşünürdü. Hətta o qələbə çalandan sonra seçkinin nəticələrində Rusiya amilinin əsas rol oynadığı vurğulanırdı.
Lakin Suriyadakı son hadisələr deyilənlərin tam əksini üzə çıxardı. D.Tramp Rusiyanın böyük səylə müdafiə etdiyi Suriya rəhbəri Bəşər Əsədin hərbi bazalarına güclü hava zərbələri endirməklə Kremli «dəfn etdi». Artıq iş o yerə çatıb ki, D.Trampı 2000-2008-ci illərdə ölkəyə rəhbərlik etmiş Corc Buşa bənzədirlər.
D.Trampdakı dəyişikliklərlə bağlı ən müxtəlif mülahizələr var. Amerikanın dövlətçilik siyasəti oturuşmuş bir sistem olduğundan onun bunu dəyişmək iqtidarında olmadığı və bunun üçün də ABŞ-ın ənənəvi siyasətindən kənara çıxa bilmədiyi qeyd olunur. Dünyanın supergücünün «dərin dövlət» deyilən sisteminin burada mühüm rol oynadığı, Trampın siyasətini əvvəlcədən müəyyən etdiyi vurğulanır.
Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Amerikadakı sistem prezidentə təkbaşına hərəkət etməyə imkan vermir: «ABŞ-da oturuşmuş siyasi sistem var. Prezident nə qədər güclü olsa da, siyasi sistemin öz oyun qaydaları mövcuddur. Bu baxımdan, Tramp Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi, onlarla «beyin mərkəzi» və elə öz müşavirlərinin qeydlərini və hesabatlarını qulaqardına vura bilməz. İki misal göstərmək olar. Tramp seçkidən öncə deyirdi ki, hakimiyyətə gələn kimi keçmiş prezident Barak Obamanın tətbiq etdiyi tibbi sığorta sistemini ortadan qaldıracaq və fərqli sığorta sistemi tətbiq edəcək. Hələ ki bu məsələ Konqresdə ilişib qalıb və irərliləyiş yoxdur. Və ya Tramp seçkidən əvvəl Çinin ünvanına kəskin tənqidlər səsləndirir və Rusiyanı tərifləyirdi. Donald Tramp prezident seçiləndən sonra bunun tam tərsini həyata keçirir, yəni Çinlə yaxınlaşır, bu dövlətin kommunist lideri ilə Amerikada çox məhsuldar ikitərəfli görüş keçirib, Rusiyanı isə kəskin tənqid edir. Trampın «Meksika ilə sərhəddə divar tikəcəm» şüarından da xəbər yoxdur. Bütün bunlar ona görə baş verir ki, Amerikadakı sistem prezidentə təkbaşına hərəkət etmək imkanı vermir. Əslində belə bir sistem Amerikada demokratiyanın və fikir müxtəlifliyinin gücünü göstərir. Yəni sistem bir adama təkbaşına qərar verməyə əngəldir. Həmin qərar bütün oyunçularla razılaşdırılmalıdır. Əks halda, prezident həmin siyasi sistemə məğlub olar».
Politoloq Rusiyanın Tramp ümidlərinin üstündən xətt çəkildiyini düşünür: «Rusiya Trampa böyük ümidlər bəsləyirdi. Hətta Kremlə yaxın siyasətçi Vladimir Jirinovski Trampa dəstəyini gizlətmir, o prezident seçiləndə hətta Dövlət Dumasında qonaqlıq vermişdi. Kremlin özü də çalışırdı ki, Amerikada Hillari Klinton prezident seçilməsin, Ağ Ev Trampa qismət olsun. Ancaq indi vəziyyət tam fərqlidir. Kreml Bəşər Əsədə verdiyi dəstəyə görə Trampla körpüləri yandırmaq üzrədir. Tramp Krımın işğalını bəlkə də unutmağa hazır idi, ancaq Suriyada istifadə olunan kimyəvi silah Trampı hövsələdən çıxartdı və o, raketləri Suriya ərazisinə tuşladı. Nəticədə Vaşinqton-Moskva münasibətləri daha da soyudu. Yeganə çıxış yolu Kremlin Suriya siyasətinə dəyişiklik etməsidir. Bu baş verməyincə, iki böyük dövlət arasında yaxınlaşma problematikdir. Donald Trampın ölkə daxilində reytinqi yüksək deyil. Çünki vəd verdiyi islahatları hələ sürətləndirə bilmir. Buna baxmayaraq, kimyəvi silahın istifadəsinə görə Amerikanın Əsədin hərbi bazasını bombalaması Trampın reytinqini bir qədər artırıb. Bu raket zərbəsi ilə Tramp iki məqsədinə çatıb. Birincisi, Tramp bununla Kremlə yaxın olmadığını göstərdi. Çünki bu zərbəyə qədər Amerika siyasi elitasında və cəmiyyətində «Tramp Kremlin adamıdır» şayiəsi yayılırdı. Tramp raket zərbəsi ilə bu «imicdən» yaxa qurtardı. İkincisi, Tramp zəif prezident olmadığını və bu mənada keçmiş Ağ Ev sahibi Barak Obamadan fərqləndiyini göstərdi. Obama çox deyirdi ki, Əsəd rejimi xalqına qarşı kimyəvi silahdan istifadə etsə, bu, onun üçün «qırmızı cizgi» olacaq və bu halda o, Dəməşqi cəzalandıracaq. Ancaq Əsəd rejimi kimyəvi silahdan istifadə edərək minlərlə insanın qətlinin baiskarı oldu və Obama vədini yerinə yetirmədi. Tramp isə raket zərbəsi ilə dediyi sözə sahib olduğunu sübut etdi. Suriyaya raket zərbəsi Trampa özünəinamın artırılması baxımından çox lazım idi. Tramp gələcək aylarda da fəal xarici siyasət yürütməyə çalışacaq».