vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
02:31 | 24 aprel 2017 | Bazar ertəsi Məqaləyə 1859 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Estoniyada «İlin Qadını» olan azərbaycanlı...

...Züleyxa İsmayılova Pribaltika dövlətinin məşhur siyasi partiyasının lideri seçildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu yaxınlarda «Estoniya Yaşılları» partiyasının qurultayı olub. Virtualaz.org Estoniya portalı rus.err.ee-yə istinadən bildirir ki, qurultayda azərbaycanlı Züleyxa İsmayılova bu siyasi gücün yeni lideri seçilib.

«Mən partiyanın sədri vəzifəsinə tək namizəd deyildim. Əvvəlki lider Aleksander Laane də öz namizədliyini irəli sürmüşdü. İndi Laane sədr müavini oldu, Andrey Qudim də sədr müavini olaraq qaldı», - deyə əvvəllər partiyanın sədr müavini vəzifəsini tutmuş Z.İsmayılova sayta müsahibəsində bildirib.

İdarə Heyətinə, həmçinin Timur Saqitov, Kyulliki Reymaa, Olev - Andres Tinn, Marko Kaazik, Kaspar Kurvaya və Yoonas Laks daxil olublar.

Z.İsmayılovanın sözlərinə görə, «Yaşıllar» Tallinə, necə deyərlər, öz siyahısı ilə çıxmaq niyyətindədir. Başqa özünüidarə orqanlarında, bu partiyanın üzvləri, ehtimal ki, seçki ittifaqlarının siyahıları üzrə namizəd olacaqlar.

«Mən Tallində bir nömrə olacağammı? Hələ dəqiq deyə bilmərəm. Yerli seçkilərlə bağlı bütün məsələləri biz oktyabrda - səlahiyyət verilmişlərin növbəti Şura iclasında həll edəcəyik. İndiki halda yaxın vaxtlarda hansısa məşhur şəxsiyyətlərin bizi gücləndirə biləcəyi barədə də heç nə deyə bilmərəm. Amma bizim öz siyahımızla paytaxta çıxacağımızla bağlı prinsipial qərar artıq qəbul edilib», - deyə Z.İsmayılova əlavə edib.

Eko-aktivist, fotoqraf və jurnalist Z.İsmayılova «Yaşıllar»ın sırasına 2015-ci ilin martında daxil olub. 2005-dən 2012-ci ilə qədər onun tərkibi Sosial-demokrat partiyasının üzvlərindən ibarət idi.

Z.İsmayılova 2016-cı ildə Anne&Stiil jurnalının versiyasına görə «İlin Qadını» olub.

Z.İsmayılovanın sevimli mövzusu - zülal-uçar mışovulların müdafiəsidir.

Onu da qeyd edək ki, Z.İsmaylovoanın anası eston, atası isə azərbaycanlıdır.

Sonda onu da vurğulayaq ki, bu partiya 2007-dən 2011-ci ilə qədər parlamentdə təmsil olunub.