vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
11:34 | 28 aprel 2017 | Cümə Məqaləyə 2215 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həyasızlıq etməyə heç kim icazə verməyib»

Mariya Zaxarovanın Azərbaycan üzərinə «xaç yürüşü» davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən keçirilmiş brifinqdə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bütün Azərbaycan KİV-i qəzəbli tənqid atəşinə tutaraq, azərbaycanlı jurnalistləri təhqir edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünə Azərbaycan KİV-də onu Qarabağ separatçılarının əsirliyində olan Rusiya vətəndaşı, azərbaycanlı Dilqəm Əsgərovun taleyinə biganəlikdə günahlandıran məqalələrin məzmunu xoş gəlməyib. Azərbaycanlı jurnalistə Dilqəm Əsgərovun sonrakı taleyi ilə bağlı sualı sona çatdırmağa imkan verməyərək, Zaxarova onun sözünü kəsib və emosiyalarını gizlətməyərək, azərbaycanlı jurnalistləri söyməyə başlayıb.

Zaxarovanın kəskin ifadələri az qala əndazəsini aşaraq, təhqirə keçib: «Bunlar, sadəcə olaraq, həyasız məqalələrdir! Bu məqalələrdə analiz yoxdur, bəlkə heç konstruktiv və qeyri-konstruktiv tənqid də yoxdur. Bundan sonra siz hələ daha çox məlumat verməyimizi istəyirsiniz? Belə məqalələrdən sonra heç ünsiyyətdə olmaq istəmirsən... Həyasızlıq etməyə heç kim icazə verməyib. Mövzu üzrə istənilən sualı yalnız alqışlayırıq... Zəhmət olmasa, bunu həmkarlarınıza çatdırın», - M.Zaxarova bildirib.

O qeyd edib ki, Rusiya XİN haqqında bu cür məqalələr jurnalist etikasına sığmır. «Mənim azərbaycanlı dostlarım da bu fikirdədirlər və yeri gəlmişkən, bu cür tonallığa görə hətta üzr də istəyiblər», - Zaxarova əlavə edib.