vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
11:26 | 13 dekabr 2017 | Çərşənbə Məqaləyə 2458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Deyərdim ki, fövqəladə hadisədir»

Rusiya XİN-in keçmiş müavini: «Bəlkə heç kimin ağlına da gəlməyib ki, Azərbaycan etiraz edə bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Georgi Zuyevin Rusiyanın Bakıdakı səfiri vəzifəsinə namizədliyini rədd etməsini fövqəladə vəziyyət hesab etmək olar. Virtualaz.org xəbər verir ki, bunu «Exo Moskvı» radiosuna RF xarici işlər nazirinin keçmiş müavini, Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr institutunun aparıcı elmi işçisi Georgi Kunadze deyib.

«Bu kifayət qədər nadir hadisədir. Başqa bir dövlətin səfirinə aqremanın verilməməsi, deyərdim ki, fövqəladə hadisədir», - o qeyd edib.

Onun sözlərinə görə, adətən, ölkələr belə vəziyyətlərdən qaçmaq üçün bütün yollara əl atırlar. «Bəlkə heç kimin ağlına da gəlməyib ki, Azərbaycan etiraz edə bilər», - Kunadze əlavə edib.

Ekspert bildirib ki, belə bir vəzifəyə namizədin seçilməsi uzun müddət tələb edə bilər.