Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:45 | 1 sentyabr 2017 | Cümə
Məqaləyə 3487 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Birləşmiş Ştatlar Rusiyanın bu həftə sonu San Fransisko şəhərindəki konsulluğu və Vaşinqton və Nyu York şəhərlərində nümayəndəliklərini bağlamasını tələb edib. Bu haqda məluamatı Dövlət Departamenti açıqlayıb. ABŞ bu addımı Moskvanın Birləşmiş Ştatların Rusiyada diplomatik nümayəndəliklərinin işçilərinin sayının azaldılması tələbinə cavab olaraq atır.
«Rusların atdığı addıma uyğun şəkildə biz Rusiya hökumətindən San Fransiskoda Baş Konsulluğun, Vaşinqton şəhərində ticarət nümayəndəliyi və Nyu Yorkda konsulluq idarəsini bağlamasını tələb edirik», Dövlət Departamentinin sözçüsü Hezer Noyert (Hether Nauert) açıqladığı bəyanatda bildirib. O, diplomatik nümayəndəliklərin bağlanması üçün son möhlətin sentaybrın 2-i olduğunu əlavə edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunun elan edilməsindən az sonra atılan addımın təəssüf doğurduğunu deyib.
Diplomatik nümayəndəliklərin bağlanması tələbi ABŞ-ın keçən ay Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbi ilə yaranmış diplomatik gərginliklər fonunda elan edilib.
ABŞ prezidenti Donald Tramp Moskvanın keçən il prezident seçkilərinə müdaxiləsinə cəza tədbiri kimi Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair qanuna imza atıb.
Rəsmi Moskva ötən ay ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara cavab olaraq əks-ölçülərə əl atacağını bildirərək, Rusiyada işləyən ABŞ diplomatlarının sayının 755 nəfərdən 455 nəfərə endirilməsini tələb edib.