Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:56 | 16 fevral 2022 | Çərşənbə
Məqaləyə 1449 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Müharibədən sonra illərlə işğal altında saxladığı əraziləri itirən Ermənistan hazırda UNESCO-nun Qarabağa nümayəndə heyəti göndərməsini istəyir. Bu məsələdə İrəvana Moskva da dəstək verir.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Mariya Zaxarova deyib ki, Moskva qısa zamanda UNESCO-nun Qarabağa heyət göndərməsinə tərəfdardır. İrəvanı anladıq, “Qarabağdakı erməni abidələrinin albanlaşdırılması” adı altında saxta ittihamlarına əsaslanaraq UNESCO-dan dəstək qazanmağa çalışır. Bəs Moskvanın marağı nədir? Bəlkə Moskva da İrəvanın saxta iddiasına şərikdir, bununla Azərbaycana qarşı əlavə təzyiq aləti əldə etmək istəyir?
Torpaqlarımız işğal altında ikən UNESCO Qarabağda dağıdılan məscidlər, muzeylər və kitabxanalarla maraqlanmadı, ancaq ermənilərin və onların havadarlarının çağırışı ilə azad olunmuş ərazilərə təcili nümayəndə heyəti göndərməyə qərar verib. Birincisi, beynəlxalq təşkilatın Qarabağa göndəriləcək nümayəndə heyətinin necə formalaşacağı prosesini diqqətdə saxlamalıyıq. Şübhə etmirəm ki, erməni lobbisi həmin heyətə öz adamlarını salmağa çalışacaq. İkincisi, indidən UNESCO-ya bəyan etməliyik ki, Qarabağa gələcək heyət “ünvanlı monitorinq” deyil, geniş monitorinq həyata keçirməlidir, əks halda nəticələr Azərbaycan tərəfindən tanınmayacaq.