vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
DÜNYA  
16:46 | 14 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 687 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Eynəyi gözündə, şortiki əynində ...

Sergey Lavrov geyimi ilə narkomaniyanı təbliğ edir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya mediasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Balidə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb. Lavrov isə, öz növbəsində hazırda hoteldə olduğunu bildirib və bunu təsdiqləyən fotosunu paylaşıb.

“Mən hoteldəyəm. Sabahkı sammit üçün materiallar oxuyuram”, – deyə Lavrov qeyd edib.

Lavrovun hoteldə olmasını əks etdirən görüntüləri isə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova öz “Teleqram” kanalında paylaşıb.

Xatırladaq ki, noyabrın 15-16-sı Bali adasında G20 sammiti keçiriləcək. Rusiyanı sözügedən sammitdə S.Lavrov müşayiət edir.

P.S.: Rusiya xarici işlər naziri Lavrovun əynindəki idman köynəyini araşdırarkən məlum olub ki, geyimin üzərində fransız əsilli amerikalı rəssam Jan Mişel Baskiyanın (Basquiat) (1960-1988) adı yazılıb. Heroin narkomanı olmuş Baskiya 27 yaşında doza həddinin aşılması səbəbindən ölüb. Lavrov üzərində Baskiyanın adı yazılan və yazının üzərindəki tac rəsmi ilə nəyə işarə vurur? Rusiya XİN rəhbəri narkotiki reklam edir?