Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:16 | 23 iyun 2022 | Cümə axşamı
Məqaləyə 1429 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov iyunun 22-də İrana gedib. Bu səfər İranın dünya gücləri ilə 2015-ci il nüvə sazişini dirçəltməyi hədəfləyən danışıqlar fonunda baş verir. Lavrov ölkənin sərt xətt tərəfdarı prezidenti İbrahim Rəisi ilə görüşüb, amma görüşün detalları açıqlanmayıb.
İRNA agentliyi Lavrovun bu gün (iyunun 23-də) iranlı həmkarı Hüseyn Amir-Abdullahyanla görüşəcəyini xəbər verir. “İran rəsmiləri ilə danışıqlarda nüvə sazişi, eləcə də ikitərəfli və enerji əməkdaşlığının gücləndirilməsi müzakirə olunacaq”, – İranın dövlət mediası belə yazır.
İranın Xarici İşlər Nazirliyi həftənin əvvəlində bildirmişdi ki, Lavrovun səfərində məqsəd “Avrasiya regionu və Qafqazda əməkdaşlığı genişləndirməkdir”.
Lavrovun iyunun 23-24-də Bakıya səfər edəcəyi gözlənir.
***
Moskva ötən ay deyirdi ki, Rusiya ilə İran neft və qaz təchizatı mübadiləsini, eləcə də logistika habı yaratmağı müzakirə ediblər. Hər iki ölkə hazırda Qərbin sanksiyaları altındadır.
Rusiya fevralın sonunda Ukraynaya hücum edəndən sonra sanksiyalarla üzləşib. İrana sanksiyalar isə 2018-ci ildə Vaşinqton nüvə sazişindən birtərəfli qaydada çıxandan sonra bərpa olunub.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova demişdi ki, Rusiya və İran diplomatları bir sıra təcili beynəlxalq məsələləri, o cümlədən nüvə sazişinin bərpasını, Ukrayna, Suriya, Əfqanıstan və Yəməndəki vəziyyəti müzakirə edəcəklər.
Nüvə sazişi üzrə İranla ABŞ arasında vasitəçiliklə aparılan danışıqlar martdan dayanıb. Ən mübahisəli məqam Tehranın Vaşinqtondan İslam İnqilab Keşikçiləri Korpusunu terrorçu təşkilatçılar siyahısından çıxarmasını tələb etməsidir.