Son səkkiz ilin rekordu
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
16:08 | 14 noyabr 2022 | Bazar ertəsi
Məqaləyə 771 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Rusiya-Ukrayna müharibəsinin döyüş meydanında yaranan mənzərəsi Moskvanı uğursuzluqlar girdabı səmtinə sürüyür. Bir müddət əvvəl işğal edilmiş Xerson vilayətini Rusiyanın ərazi subyekti elan edən fərman imzalayan Vladimir Putin indi qoşunlarının Dnepr çayının sağ sahilindən çıxarılıb sol sahilə dislokasiyasına şahidlik edir.
Bununla da Rusiyanın Odessa və Nikolayevi tutmaq planları taktiki olaraq iflasa uğrayır. Ukrayna Dneprin sağ sahilində mövqelərini möhkəmkəmləndirməklə:
1. Sol sahili də vurub Rusiyanın oradan da çıxarılması üçün şans qazanır.
2. Azov dənizinə çıxışı bərpa etmək yolunda inamla irəliləmək imkanları qazanır.
3. Rusiyanın Krımdan gələn təchizat xətlərini artilleriya hücumlarına qarşı həssaslaşdırır.
Rusiyanın hazırda üzləşdiyi vəziyyət Ukrayna cəbhəsi boyunca aşağı-yuxarı eyni durumdadır, rus qoşunları artıq nəinki irəliləyişə nail olmaq potensialından məhrum olur, həm də işğal zonasında müdafiə olunmaq qabiliyyətini itirir.
Rusiya ən zəruri müdafiə istehkamlarını Krım, Donetsk, Luqansk bölgələrində qurur.
Putin Xarkov, ardınca isə Xersondakı itkiləri kompensasiya etmək üçün Donetsk və Luqansk vilayətlərinin işğalını başa çatdırmaq üçün ləngiyən səylərini sürətləndirməyə çalışacaq. Elə buna görədir ki, son günlər Rusiya həmin vilayətlər üzrə hücumlar həyata keçirir, lakin nəticəyə nail ola bilmir.
Ukraynanın Qərbdən aldığı bol silahlar və əməliyyat planlarının NATO standartlarına uyğun hazırlanması Moskvanın rastlaşdığı çətinliklər zəncirinə əlavə halqalar əlavə edəcək.
Ukraynanın qətiyyətini əsasən ABŞ-Britaniya ikilisinin güclü dəstəyi müşayiət edir və bunun sayəsində möhtəşəm də olmasa, uğurlu bir plan həyata keçirilir. Ancaq münaqişə hələ bitməyib və Rusiyanın bundan sonra hansı ssenarilərə gedəcəyi bəlli deyil.
Rusiya elə bir şərait bərqərar etmək istəyir ki, Qərb diplomatiyası Ukraynanı arxa plana ataraq Moskvanın şərtləri ilə uzlaşan danışıqlar masası qursun.
Moskvanın ikinci planı isə mövcud durumu donmuş münaqişə formasına salmaqdır, hərçənd ki, Ukraynanın uğurlu əks-hücum əməliyyatları Rusiyanın hədələrinə və intensitv raket zərbələrinə baxmayaraq Kremlin istədiyinə çatmasına əngəllər yaradır.
Moskvanın nüvə silahı olmadan əlində olan ən güclü aləti iqtisadi silahlardır, ona görə də, qışın gəlişini Rusiya “toy-bayram” kimi qeyd edə bilər, lakin artıq Qərb Kremlin qaz şantajlarını boynubükük qarşılamaq mövqeyində də deyil.
Əllərindəki fürsətlərin bir-bir çıxdığını görən Rusiyanın başqa planı digər regionlar üzrə eskalasiya riski yaratmaqdır ki, Ukraynadakı müharibənin yorğunluğunu yaşaya Qərbin buna adekvat cavab verəcəyi suallar altına düşür.
Buna görə də, Qərb dəstəkçiləri Moskvanın istər Ukrayna üzrə, istərsə də, digər bölgələr üzrə strateji planlarının Rusiya üçün uğursuzluq ola biləcəyini proqnozlaşdırmaqda tələsmir.
Ukraynadakı müharibənin nəticələri Qərbin Kiyevə dəstəyinin hansı limitə qədər davam edəcəyindən asılı olaraq qalmaqdadır.