vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QALMAQAL  
15:13 | 15 may 2017 | Bazar ertəsi Məqaləyə 2637 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BAXCP ölüm cəzasının bərpasını istəyir

«Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Son vaxtlar silahlı qüvvələrin bəzi əsgər və zabitlərinin, eləcə də mülki şəxslərin dövlətə xəyanət etmələri barədə məlumatları müzakirə edən BAXCP İdarə Heyəti ölüm hökmünün bərpa edilməsi ilə bağlı bəyanatla çıxış edib.

VAXT.AZ-a göndərilən bəyanatda deyilir: «BAXCP İdarə Heyəti Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin dövləti cinayətlərə görə ölüm cəzasının tətbiqinə imkan yaratdığını, eləcə də ölkəmizin qoşulduğu «İnsan Hüquqularının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında» Konvensiyanın 6 saylı Protokolunun 2-ci maddəsinin «dövlətin müharibə dövründə və ya qaçılmaz müharibə təhdidi zamanı törədilmiş əməllərə görə öz qanunvericiliyində ölüm cəzasını nəzərdə tuta bilməsi» və Azərbaycanın da müharibə vəziyyətində olması faktını nəzərə alaraq, ölüm cəzasının bərpa edilməsi müstəsna cəza kimi bərpa edilməsi təşəbbüsü ilə çıxış edir».

Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının Ermənistanın ali baş komandanına tabe olduğunu, bu hərbi birləşmənin Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula biləcəyi barədə açıqlamaların bu günədək rəsmi Moskva tərəfindən təkzib olunmadığını nəzərə alan BAXCP İdarə Heyəti mövcud vəziyyətin Rusiyanın da Azərbaycanla müharibə vəziyyətində olması reallığını yaratdığını bildirir və bu səbəbdən bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini vacib sayır: «BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan vətəndaşlarının Rusiyanın hərbi məktəblərinə təhsil almağa göndərilməsinin qarşısı alınmalı, Rusiyanın hərbi təhsil müəssiələrini bitirmiş, Rusiya silahlı qüvvələrində xidmətdə olmuş və hazırda Azərbaycanın Silahlı Qüvvələrində xidmət edən şəxslər barədə ciddi araşdırmalar aparılmalıdır».

BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan Respublikası Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsi təcili olaraq dövlətə xəyanət etmiş şəxslərlə bağlı dinləmələr keçirməlidir: «Dinləmələr zamanı baş vermiş hadisə ciddi şəkildə araşdırılmalı və təhlil olunmalı, Azərbaycan Respublikasının Milli Məclisi hakimiyyətin müstəqil qolu kimi Ali Baş Komandanı alternativ informasiya ilə təmin etməli, bu sahəyə məsul olan şəxslər ciddi şəkildə cəzalandırılmalı, ictimaiyyətin narahatlığına son qoyulmalıdır».