vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
RƏY, REPLİKA  
09:03 | 9 aprel 2014 | Çərşənbə Məqaləyə 2996 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Guya onun özü Bakıda doğulub?»

«İbrahimbəyov xüsusi təyinatlı emissar idi»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bakıda rusların, ermənilərin mədəniyyət formalaşdırmağını bəziləri qana-qana deyir, bəziləri qanmaya-qanmaya. Rüstəm İbrahimbəyov öyrədilmiş şəkildə, əvvəlcədən Azərbaycana xüsusi missiya ilə göndərilmişdi və sonra da çıxıb getdi. İbrahimbəyov xüsusi təyinatlı emissar idi. Amma arzulamazdım ki, millət vəkili Etibar Hüseynov o cür açıqlama versin və sonra da gəlib üzr istəmək zorunda qalsın».

Bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyevin mediaya müsahibəsini statusa çevirən sədr müavini Niyaməddin Orduxanlı sosial şəbəkədə paylaşıb.

Q.Həsənquliyev daha sonra bildirib ki, Etibar bəy əvvəlcə üzr istəməyəcəyini bildirib: «Etibar bəy də, mən də, o cümlədən, Azərbaycanın siyasi elitasında və cəmiyyətin önündə olan şəxslərin 90-95 faizi bölgələrdən gələn insanlardır. Guya Etibarın özü Bakıda anadan olub? O da Şəmkir bölgəsindəndir. Bakıda doğulanların da içində tərbiyəsiz, əxlaqsız adamlar var. Azərbaycanın hər bölgəsində bu cür insanlar var: mədəni səviyyəsi aşağı olan da var, yuxarı olan da. Misal üçün deyirəm, kənd yerlərində o qədər ağbirçək, abırlı həyalı, namuslu qadınlarımız, ağsaqqal kişilərimiz var ki! Bu adamlar öz mədəniyyəti ilə, əxlaqı ilə seçiliblər. Mən birinci gündən bu tipli açıqlamaları rədd etmişəm! Bu, bizim milli birliyimizə, bütövlüyümüzə xələl gətirən açıqlamadır».