vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 21 avqust 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 1.9963 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1926 AZN
Türk lirəsi 1 TRY = 0.4822 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MEDİA-QHT  
21:39 | 24 iyul 2017 | Bazar ertəsi Məqaləyə 103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gedək üzü işığa...

...Yaxud başına gələn başmaqçı olar

Etibar CƏBRAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən şənbə-bazarın xeyli hissəsini «Jurnalistlər binası»nın həyətində keçirməli oldum. Yox, narahat olmağa dəyməz, həmin günlər nə zəlzələ baş vermişdi, nə də yanğın-filan olmuşdu. Evdən də qovulmamışdım. Sadəcə...

Ölkə başçısının Milli Mətbuat günü ərəfəsində mənzil hədiyyə etdiyi jurnalistlər öz yeni evlərinə baxmaq üçün məhəlləmizə gəlirdilər. 2013-cü ildən bu məhəllədə - «Jurnalistlər Şəhərciyi»ində yaşayan sakinlərdən biri kimi həmkarlarımı və təzə qonşularımı qarşılayırdım. Dostlara «Evinizə xoş gəldiniz»-demək necə də gözəl bir hiss idi.

İntiqam Mehdizadənin, Yusif Rzayevin, Akif Cabbarlının, Amil Novruzovun, İxtiyar Hüseynlinin, İradə İbrahimovanın, Seymur Elsevərin, İmran Bədirxanlının və digər həmkarlarımın, dostlarımın ailə üzvlərinin necə sevindiyini görməyə dəyərdi.

Zöhrə Əliyevanı, Elxan Şükürlünü, Ləman Ələşrəfqızını, Anar Mahmudoğlunu, Seymur Verdizadəni, Rasim Mustafaoğlunu, İlqar Tağıyevi... də yeni binanın həyətində eyni şövqlə qarşılamağa hazır idim, amma alınmadı. Adlarını çəkdiyim həmkarlarımı jurnalistlər üçün inşa olunan ikinci binada qonşu kimi görmək mümkün olmadı. 255 mətbuat adamının adı qeyd edilən siyahıda bu dəyərli qələm yoldaşlarımı, imzaları oxuculara tanış gələn dostlarımı görə bilmədim.

Son günlər 255 nəfərlik siyahı təftiş olunur, eninə-uzununa tənqid edilir. Təəssüf ki, təhqir dolu fikir yazanlar, hətta qarğış yağdıranlar da tapılır. Bayaq qeyd etdiyim kimi, mətbuatımızın inkişafına töhfə verən, bu sahədə xidməti olan bəzi jurnalistlər dövlətimizin, onun başçısının qiymətsiz hədiyyəsindən yararlana bilmədilər. Bunu böyük bir faciəyə çevirmək, sosial şəbəkələrdə, bəzi saytlarda həm dövlətə, həm həmkarlarına açıq, gizli savaş açmaq, qarğış yağdırmaq, dövlətin xoş niyyətli addımına dodaq büzmək nə dərəcə doğrudu? Necə deyərlər, quşun dimdiyi yemə çatmayanda deyir ki, yemin keyfiyyət sertifikatı yox idi...

Mənzilə ehtiyacı olan jurnalistlər üçün növbəti-üçüncü binanın da tikiləcəyini nəzərə alsaq, deməli, bu gün müxtəlif səbəblərdən siyahıdan kənarda qalan dəyərli həmkarlarımız bir neçə ildən sonra öz yeni evlərinin işığını yandıra biləcəklər. Onlar da tezliklə «Jurnalistlər Şəhərciyi»nin sakini olacaqlar. Bir məsələni də qeyd etmək də faydalı olar, məlum siyahıdan kənarda qalan həmkarlarımız arasında dövlətimizin fəxri adlarını alanlar da var. Deməli, rəsmi qurumlar, mətbuatın fəaliyyətinə birbaşa cavabdeh şəxslər dostlarımızın bu sahədəki uğurlu işini zaman-zaman qiymətləndirirlər və yəqin ki, növbəti ev siyahısında da onlar diqqətdən kənarda qalmayacaqlar.

Bu gün «Jurnalistlər Şəhərciyi»nə köçməyə hazırlaşan yeni sakinləri təftiş edənlər, onlara qarğış yağdıranlar, jurnalist həmrəyliyindən başqa Allah bilir nə ilə məşğul olanlar bəlkə elə onda da sakit dayanmayacaqlar. Bəlkə deyəndə ki... Başına gələn başmaqçı olar. 2013-cü ildə Milli Mətbuat günü ərəfəsində jurnalistlər üçün tikilən birinci binada ev alacaq qələm adamlarını müəyyənləşdirmək üçün redaksiyalarda iclaslar keçirilirdi. «Ədalət» qəzetində çox demokratik şəraitdə toplantı təşkil olundu, dəyərli yazıçımız, qəzetin təsisçisi Aqil Abbas müdafiə etdiyi namizədin adını səsləndirdi, Baş redaktor İradə Tuncay digər bir əməkdaşımızın, təcrübəli jurnalistin də siyahıda qeyd olunmasına tərəfdar çıxdı. Redaksiyada çalışan əməkdaşlar da namizəd irəli sürdülər. Açıq səsvermədən sonra hər üç namizədin adı protokola salındı. Bütün bu şəffaf proses Mətbuat Şurası sədrinin, KİVDF-nin rəhbərinin və bu qurumun Müşahidə Şurasının sədrinin gözləri qarşısında baş verdi. Lakin iclasın sənədləri Mətbuat Şurasına gedib çatmamış redaksiyada çalışanlardan bir-ikisi hay-küy salmağa, az qala BMT-nin Baş katibinə, Qvatemalanın daxili işlər nazirinə şikayət məktubları yazmağa başladılar. Mənzil alan jurnalistlərin adları aşıqlananda isə Qorki demişkən, bu «ictimai qozbellər» qarğış etməkdən, erməni südü əmənlərlə əlbir olub Aqil Abbasla mənzil alan jurnalistlərin arasını vurmağa çalışdılar və bəzən də buna nail oldular.

Bütün bunları boşuna xatırlatmadım, bəziləri həmişə ən şəffaf siyahıda da bir əmma axtarmağa, görülən müsbət işlərə ləkə yaxmağa çalışır, bunu özlərinə həyat tərzi seçirlər.

İnsanın daxili işıqlı olanda o, həmişə işıq gələn tərəfə addımlayır. Daxilində zülmət oynayanlar qaranlığa doğru can atır. Peşə bayramları ərəfəsində dövlət tərəfindən yeni mənzillə mükafatlandırılan həmkarlarımıza qarğış edənlərdən yox, onları «Jurnalistlər Şəhərciyi»ndə qarşılayanlardan olaq...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)