
“Mətbuatdakı xaotik vəziyyət birbaşa onların əməli idi”
Deputatlar KİVDF-dəki fırıldaqlar haqda
Deputatlar KİVDF-dəki fırıldaqlar haqda
Həsənov klanını bitirən faktlar üzə çıxır
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
...Yaxud başına gələn başmaqçı olar
Əli Həsənov: «Hədiyyəni isə heç vaxt müzakirə etməzlər»
Media çoxtərəfli basqı altındadır
Bu etimadı itirmək təhlükəsinin milyonda bir ehtimalı belə, ağlının ucundan keçirəndə diksinirsən
Əli Həsənov: «Təəssüf ki, bu gün fəaliyyət göstərən və ehtiyacı olanlara ev ayıra bilmədik»
Jurnalistə ev verməzdən əvvəl ona informasiya vermək lazımdır
İlham Əliyev: «Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur»
Jurnalistlər üçün tikiləcək üçüncü binanın tikintisinə maliyyə ayrıldı
Vüqar Səfərli üçüncü binadan danışdı
Çox inanılmaz faktlar açıldı, hətta xanımından boşananlar da var
Vüqar Səfərli: «Bu, cənab Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir»
«Jurnalistlərin ödənişsiz təmirli mənzill təminatı nəinki nəzərdə tutulmurdu, heç ağla belə gətirilmirdi»
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.
«Trend»in məlumatına görə, KİVDF-in icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, bu gün ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hərtərəfli şərait yaradılıb: «2017-ci ildə 255 jurnalist mənzillə təmin edilib və yeni binanın təməli qoyulub. Yaxın 3 ildə həmin bina da jurnalistlərin istifadəsinə veriləcək».
V. Səfərli bildirib ki, bu il KİVDF jurnalistlər arasında 4, digər qurumlarla birgə isə 6 yazı müsabiqəsi keçirib: Bugünkü müsabiqə barədə danışan icraçı direktor qeyd edib ki, müsabiqədə 66 Kütləvi İnformasiya Vasitəsi iştirak edib və müsabiqəyə 153 yazı daxil olub: «Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan olub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə 3 yer müəyyən edilib. Ümumilikdə, 16 istiqamət üzrə 96 yazı qalib elan olunub».
Çıxışlardan sonra müsabiqənin 2-ci və 3-cü yerlərinin qalibləri mükafatlandırılıb.