Qarabağda vəziyyət təhlükəlidirmi?
Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün münaqişədən istifadə edə bilərmi?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
-
ATƏT də Ermənistana missiya göndərir?
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
-
Minsk Qrupu dirilmədi
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
-
“Yeni reallıqları nəzərə almaq lazım gələcək”
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
-
ABŞ ölünü dirildə bilir?
Vaşinqton xülyasından vaz keçməsə bölgədə gərginliyi daha da artıracaq
-
“Minsk Qrupu fəaliyyətini davam etdirə bilməz”
Metyu Brayza: “On illər ərzində münaqişə haqqında eşitdiyim ən yaxşı xəbərdir”
-
Minsk Qrupu tarix oldu
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
-
Qərb münaqişəni bitmiş hesab edir
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
-
Bakı cığallığı sevmir
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
-
Müttəfiqlik bəyannaməsinə Lavrov “töhfə”si
Azərbaycan Rusiya XİN-in paylaşımından təəssüflənib
-
Vaşinqton görüşü nə ilə nəticələndi?
19 il aradan sonra ...
-
Qarabağda müharibə riski
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
-
Qarabağın havasında barıt qoxusu artır
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
-
Vyana görüşündən hansı nəticə çıxdı?
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
-
Həmsədrlər “Yox” dedi
... Həm İrəvana, həm də Bakıya
-
Kaspşikdən çoxdan qurtulmaz lazım idi
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
ATƏT Minsk Qrupunun həmsədrləri son günlər təmas xəttində atəşkəs rejiminin pozulması hallarını pisləyərək, gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar.
Cümə axşamı günü yayılan bəyanat münaqişə zonasında qarşıdurma hallarının şiddətlənməsindən sonra verilib.
Çərşənbə axşamı günü tanınmamış «Dağlıq Qarabaq Respublikası Müdafiə Nazirliyi»nin Azərbaycanın hərbi mövqelərinin atəşə tutulmasını «nümayiş etdirən» video yayıb.
Ermənistan mənbələrində «cavab atəşi» nəticəsində Azərbaycan tərəfinin «itkilər» verdiyi bildirilir.
Videonun dərc edilməsindən sonra Azərbaycan «yaşayış məntəqələrinin» atəşə tutulduğunu bildirib.
Müdafiə Nazirliyi bəyanatında Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itki olmadığını və döyüş texnikasına ziyan dəymədiyini bildirib.
Azərbaycan hərbçiləri ilk dəfə olaraq Ermənistan tərəfindən pilotsuz uçuş aparatlarının tətbiq edildiyini bildirib.
Döyüşlərin şiddətlənməsi barədə məlumatlar artdıqca «Qarşıdurma nəzarət altından çıxa bilərmi» sualı ortaya çıxır.
Oksford Universitetinin «St.Antony's» kollecindən professor Robert Çensiner ((Robert Chenciner) bu suala mənfi cavab verir.
«Bütün alınan silahlara rəğmən onun yalnız cüzi bir qismi istifadə olunub və indiyədək gördüyümüz qarşıdurmanın coğrafiyası yalnız təmas xəttilə məhdudlaşır», - Robert Çensiner BBC Azərbaycancaya bildirib.
Qafqaz üzrə ekspert təmas xəttindəki döyüşlərin intensiv olduğunu desə də, genişmiqyaslı müharibə ehtimalının aşağı olduğunu bildirir.
Müharibəni kim istəyir?
Cənab Çensinerin sözlərinə görə, Bakı və Yerevanda səslənən siyasi ritorikaya rəğmən hər iki ölkənin tammiqyaslı müharibəyə gedəcəyinin əlamətləri nəzərə çarpmır.
Yerli elitalar kimi, genişmiqyaslı müharibəni bölgədə iqtisadi və siyasi maraqları olan qüdrətli ölkələr də istəmir.
Onun sözlərinə görə, buna ötən ilki 4 günlük müharibə dəlalət edir. Rusiya həmin qarşıdurmaya son qoymaq üçün olduqca fəal və kəsərli addımlar atdı.
«Ötən il Moskva qızışan müharibəni nəzarət altına almağa qadir olduğunu nümayiş etdirdi. Mən indi də vəziyyətin dəyişməz qaldığını görürəm».
Robert Çensinerdən fərqli olaraq Münaqişə və dovlət quruluculuğu üzrə LİNKS təhlil mərkəzinin direktoru Dennis Sammut təmas xəttində eskalasiya riskinin «çox yüksək» olduğunu deyir.
O, 4 günlük müharibədən sonra bir müddət hökm sürən nisbi sabitliyin ardınca vəziyyətin getdikcə pisləşdiyini deyir.
«Bu il vəziyyət ötən ilə nisbətdə pisləşib. Bu ay isə ötən aya nisbətdə daha pisdir».
Britaniyalı ekspertlə azərbaycanlı politoloq, millət vəkili Rasim Musabəyov da razılaşır.
Onun fikrincə, həll edilməmiş qalan münaqişə hər an yenidən alovlana bilər.
«Dondurulmuş müharibə sülhə gətirmirsə, danışıqlar aparılmırsa, işğal davam edirsə, atəşkəsin pozulması qaçılmazdır və müharibə hər zaman alovlana bilər», - o deyir.
Münaqişədən siyasi məqsədlər üçün istifadə?
Bəzi təhlillərdə təmas xəttində gərginliyin artmasının hər iki ölkədə cərəyan edən mürəkkəb siyasi proseslərə təsadüf etdiyi iddia olunur.
Münaqişə daxili problemlərdən diqqəti yayındırmaq üçün də istifadə oluna bilərmi?
Politoloq, millət vəkili Rasim Musabəyov hesab edir ki, bu kimi amili istisna etmək olmaz, lakin problemin kökündə duran həll edilməmiş münaqişədir.
«Mən istisna etmirəm belə amilləri. Ola bilər. Amma əsas olan işğal və onun aradan götürülməməsidir», - o, BBC Azərbaycancaya bildirib.
Dennis Sammut hesab edir ki, həm Azərbaycan həm də ki, Ermənistanda hər iki ölkənin siyasi rəhbərliyi daxili vəziyyəti diqqət mərkəzində saxlayır.
Lakin o, təmas xəttindəki toqquşmalarla daxil vəziyyət arasında bilavasitə əlaqə görmədiyini və münaqişənin öz məntiqilə inkişaf etdiyini bildirir.
ATƏT həmsədrlərinin verdiyi son bəyanatda «son zərbələrin hədəfləri, eləcə də davamlı insan tələfatı və xəsarətlər barədə ziddiyyətli məlumatlar mövcud olduğu» deyilir.