vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
13:03 | 23 fevral 2022 | Çərşənbə Məqaləyə 1229 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müttəfiqlik bəyannaməsinə Lavrov “töhfə”si

Azərbaycan Rusiya XİN-in paylaşımından təəssüflənib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, fevralın 23-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı yayılan məlumatı təhrif sayır.

“Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə ( fevralın 22-də) Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur”, - XİN vurğulayır.

XİN-dən bildirilib ki, sözügedən müqavilədə “Şərqi Ermənistan” ifadəsinə istinad yoxdur: “Əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır. Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”.

Bu açıqlamaya, hələlik, Rusiya tərəfindən münasibət almaq mümkün olmayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində Türkmənçay müqaviləsinin bağlanmasının ildönümü ilə bağlı paylaşım edilib. Həmin paylaşımda qeyd edilir ki, müqaviləyə əsasən, “Rusiya İmperiyasının tərkibinə İrəvan və Naxçıvan xanlıqları (Şərqi Ermənistan) daxil edildi”.

Xatırladaq ki, Türkmənçay müqaviləsi 1828-ci il fevralın 22-də Qacar İmperiyası ilə Rusiya İmperiyası arasında bağlanıb. Müqavilə Təbriz şəhərinin Türkmənçay kəndində imzalanıb.

Bundan 15 il əvvəl isə tərəflər arasında Gülüstan müqaviləsi imzalanmışdı.

Azərbaycan tarixçiləri bu müqavilələri Rusiyanın işğalçılıq niyyətinin gerçəkləşməsi kimi dəyərləndirirlər. Onlar hesab edirlər ki, bununla Azərbaycan xalqı parçalanıb.