XİN etiraz edir
«Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə hüquqi qüvvəyə malik deyil»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Gərginliyin təşəbbüskarı Azərbaycan deyil”
Bakıdan Tehrana daha bir “informasiya raketi”
-
Pompeylə səhv salmaq olar
Hikmət Hacıyev Cəbrayıldan paylaşım edib
-
Paşinyan açıq deyə bilmir...
Beynəlxalq tərəfdaşlar Azərbaycanın mövqeyini anlayışla qarşılayır
-
“Söz oyunları yolverilməzdir”
Hikmət Hacıyev: “Kövrək sülh prosesi zədələnə bilər”
-
Diplomatik orqanları rəhbərlərinin müşavirəsi Şuşada yekunlaşıb
“Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı da keçirilib
-
“Prezidentlərə maraqlı olan təşəbbüslər var”
Brayza: “Milli təhlükəsizlik müşavirləri görüşü münasibətlərin artıq dərinləşməsi deməkdir”
-
ABŞ və Azərbaycan nəyi “bölüşdürür?”
Hacıyev-Sallivan danışıqlarından gözləntilər
-
Müttəfiqlik bəyannaməsinə Lavrov “töhfə”si
Azərbaycan Rusiya XİN-in paylaşımından təəssüflənib
-
Azərbaycanın “qara siyahı”sı
Jurnalistlər, müğənnilər, heykəltəraşlar, fotoqraflar - 710 nəfər
-
“İşğal aradan qaldırılmalıdır”
Hikmət Hacıyev: “Azərbaycan qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır”
-
“Təlxək, kloun ...”
Azərbaycan XİN deputatı biabır etdi
-
“Ermənistan rəhbərliyi ciddi təlaşda”
Azərbaycan XİN-dən Balayana cavab
-
“Müharibəyə çağırışdır”
Azərbaycan XİN Paşinyanın Qarabağa səfəri haqda
-
“Azərbaycana qarşı hibrid müharibə aparılır”
Hikmət Hacıyev BMT Baş Assambleyasında çıxış edib
-
«Qərəzli savadsızlıqdır»
XİN Nalbəndyanın cavabını verdi
-
Danışıq xətrinə danışıq işğalı legitimləşdirməkdir!
«Ermənistan təxribatları artırdıqca işğalın ömrü azalır...»
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi qərəzli qətnaməyə dair AzərTAc-ın sualını cavablandırıb.
- Avropa Parlamentində Azərbaycan ilə əlaqədar qəbul edilmiş qərəzli qətnamə barədə nə deyərdiniz?
- 2017-ci il iyunun 15-də Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul edilib. Cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur.
Eyni zamanda, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb.