«Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır»
Tanınmış ekspertdən çağırış
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
-
ATƏT də Ermənistana missiya göndərir?
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
-
Minsk Qrupu dirilmədi
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
-
“Yeni reallıqları nəzərə almaq lazım gələcək”
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
-
ABŞ ölünü dirildə bilir?
Vaşinqton xülyasından vaz keçməsə bölgədə gərginliyi daha da artıracaq
-
“Minsk Qrupu fəaliyyətini davam etdirə bilməz”
Metyu Brayza: “On illər ərzində münaqişə haqqında eşitdiyim ən yaxşı xəbərdir”
-
Minsk Qrupu tarix oldu
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
-
Qərb münaqişəni bitmiş hesab edir
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
-
Bakı cığallığı sevmir
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
-
Müttəfiqlik bəyannaməsinə Lavrov “töhfə”si
Azərbaycan Rusiya XİN-in paylaşımından təəssüflənib
-
Vaşinqton görüşü nə ilə nəticələndi?
19 il aradan sonra ...
-
Qarabağda müharibə riski
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
-
Qarabağın havasında barıt qoxusu artır
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
-
Vyana görüşündən hansı nəticə çıxdı?
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
-
Həmsədrlər “Yox” dedi
... Həm İrəvana, həm də Bakıya
-
Kaspşikdən çoxdan qurtulmaz lazım idi
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
Azərbaycan-Ermənistan təmas xəttində beynəlxalq müşahidəçilərinin sayının 7-yə çatdırılması ilə bağlı razılıq əldə olunub. Bu haqda ATƏT Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov bəyan edib.
«Beynəlxalq müşahidəçilərin say tərkibinin 7 nəfərə çatdırılması ilə bağlı razılıq əldə olunub. Bununla hər iki tərəf razıdır. Lakin detallara dair fikir ayrılığı qalmaqdadır. Bunlar müşahidəçilərin yerləşdirilməsi, onların fəaliyyətinin maliyyələşdirilməsi və bir sıra digər texniki məsələlərdir. Bunların razılaşdırılması ilə bağlı hazırda ATƏT-ə sədrlik edən Avstriya təşkilatın katibliyinin müvafiq strukturları və tərəflərin nümayəndələri ilə birgə məşğul olur»-deyə rusiyalı diplomat APA-ya müsahibəsində bildirib.
Onun bu açıqlaması ekspert çevrələrində əsas müzakirə mövzularından birinə çevrilib.
«Müşahidəçilərin sayının artırılması şərti irəliləyişdir. Bu, ötən il Vyana və Sanakt-Peterburqda əldə edilmiş razılaşmanın bəndlərindən birinin həyata keçirilməyə başlanmasıdır».
Modern.az saytının xəbərinə görə, bunu Ermənistanın 1in.am analitik portalına müsahibəsində Rusiyanın beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik məsələləri üzrə tanınmış eksperti Qriqori Trofimçuk İqor Popovun açıqlamasına şərh verərkən bildirib.
Politoloqun sözlərinə görə, sözügedən razılıq müsbətə doğru addım hesab oluna bilər.
«Yaxşı ki, cəbhə xəttindəki gərginlikdən sonra pozitivliyə doğru nəsə bir tərpəniş oldu», - deyə bildirib.
Ekspert bununla belə deyib ki, razılaşma hərbi sabitlik üçün qarantiya rolunu oynamır, amma bənd, diplomatlar üçün əhəmiyyətlidir.
«Təmas xəttində müşahidəçilərin sayı artırılacaqsa, deməli, diplomatlar məlumatlı olacaq ki, atəşkəsin pozulmasında kim təqsirkardır. Bu müşahidəçələrin isə kimlikləri geniş şəkildə elan olunmalıdır ki, onları tanıyaq. Və bu məsələlərə görə məsuliyyəti onların boynuna qoyaq ki, düzgün məlumat versinlər. Və ya gələcəkdə nə olacağını desinlər. Onlar bütünlüklə bu prosesə nəzarət etməlidir».
Trofimçuk əlavə edib ki, müşahidəçilərin sayının 7-yə çatdırılması tamamilə simvolik mənaya malikdir. Onun fikrincə, müşahidələri aparmaq üçün hansı avadanlıq və texnologiyadan istifadə olunacağı, onlara kimin nəzarət edəcəyi də məlum deyil.
Onu da söyləyib ki, müşahidəçilərin sayının çox olması insidentlərin qarşısını ala bilməyəcək.
«Bunlar hələ dəqiq bilinmir. Üstəgəl, Moskva bu münaqişədən kənar deyil, o Qarabağ münaqişəsinin nizama salınması prosesində fəal iştirak edir. Lakin təəssüf ki, müşahidəçilərin sayının artırılması insidentlərin qarşısının alınmasına gətirib çıxarmır. Ancaq yenə deyirəm ki, bu razılaşmanın özü də bir addımdır».