«Həmsədrlərin bəyanatlarndan doymuşuq»
Politoloqlar onların növbəti səfərindən də ciddi nəticə gözləmirlər
Bəxtiyar MƏMMƏDLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
-
ATƏT də Ermənistana missiya göndərir?
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
-
Minsk Qrupu dirilmədi
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
-
“Yeni reallıqları nəzərə almaq lazım gələcək”
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
-
ABŞ ölünü dirildə bilir?
Vaşinqton xülyasından vaz keçməsə bölgədə gərginliyi daha da artıracaq
-
“Minsk Qrupu fəaliyyətini davam etdirə bilməz”
Metyu Brayza: “On illər ərzində münaqişə haqqında eşitdiyim ən yaxşı xəbərdir”
-
Minsk Qrupu tarix oldu
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
-
Qərb münaqişəni bitmiş hesab edir
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
-
Bakı cığallığı sevmir
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
-
Müttəfiqlik bəyannaməsinə Lavrov “töhfə”si
Azərbaycan Rusiya XİN-in paylaşımından təəssüflənib
-
Vaşinqton görüşü nə ilə nəticələndi?
19 il aradan sonra ...
-
Qarabağda müharibə riski
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
-
Qarabağın havasında barıt qoxusu artır
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
-
Vyana görüşündən hansı nəticə çıxdı?
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
-
Həmsədrlər “Yox” dedi
... Həm İrəvana, həm də Bakıya
-
Kaspşikdən çoxdan qurtulmaz lazım idi
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyalarını həyata keçirmək üçün regiona səfər edəcəyi bildirilmişdi. Artıq vasitəçilərin səfərinin vaxtı dəqiqləşib və onlar iyunun 19-da Bakıda olacaqlar. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfinin münaqişənin substantiv danışıqlar yolu davam etdirilməsinə hazır olduğunu dəfələrlə bəyan edib. XİN rəsmisinin sözlərinə görə, Ermənistan xarici işlər naziri E.Nalbandyanın ATƏT-in baş katibi ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi cəfəng fikirləri bir daha onu göstərir ki, Ermənistanın siyasəti işğala əsaslanan status-kvonun davam etdirilməsidir: «Ermənistan xarici işlər nazirinin Azərbaycan ərazilərinin işğalına öz müqəddəratını təyin etmə donu geyindirməyə çalışması cəhdləri yalnız faşist Almaniyası tərəfindən 1938-ci ildə keçmiş Çexoslovakiyanın Sudet əyalətinin işğalı ilə müqayisə oluna bilər. Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir. Bununla beynəlxalq ictimaiyyət bir daha Ermənistana aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul etməyəcək. Həmçinin, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir».
H.Hacıyev qeyd edib ki, Ermənistan bu reallığı nə qədər tez dərk edərsə və danışıqlar masasında olan plana uyğun olaraq öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən nə qədər tez çıxararsa, bir o qədər də tez regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər.
Mövzu ilə bağlı «Kaspi» qəzetinə açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov bildirdi ki, Dağlıq Qarabağ münaqişənin həlli yönündə beynəlxalq birlik fəallıq göstərmir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənistana qarşı ciddi tədbirlər görmür. Deputatın fikrincə, əgər beynəlxalq birlik nəticə eldə etmək istəyirsə, Ermənistan ağılla hərəkətə dəvət etməlidir: «Hazırda dünyada mürəkkəb proseslər baş verir. Məlumdur ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər dünyadakı münaqişələrin həllinə müxtəlif aspektlərdən yanaşırlar. Burada maraqlar da əsas rol oynayır. Ona görə də, Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələr də öz həllini tapa bilmir. Ermənilərin son davranışları da onların xoşluqla sülhə gəlmək fikrində olmadığını göstərir».
Politoloq Fikrət Sadıxov bildirdi ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona istər tez-tez, istərsə də gec gəlsin, bu, bizim üçün əsas göstərici deyil: «Azərbaycan üçün əsas göstərici həmsədrlərin səfərinin nəticələridir. İndiyə qədər belə bir nəticəni müşahidə etmirik. Çünki onların səfəri ilə bağlı məsələlərdə dinamik inkişaf nəzərə çarpmır. Müxtəlif planlar cızılır, bəyanatlar verilir, təkliflər irəli sürülür, amma 7 rayonun işğaldan azad olunması məsələsi hələ də havadan asılı vəziyyətdə qalır. Bu mənada həmsədrlər regiona konkret təkliflə və ya planla səfər edirlərsə, xoş gəlirlər. Amma elə-belə səyahət üçün gəlirlərsə, bizi qane edə bilməz və inanmıram ki, onların bu səfəri müsbət bir nəticəyə gətirib çıxaracaq. Pessimist olmaq da düzgün deyil, amma reallıqlar buna işarə edir. Həmsədrlərin verdiyi bəyanatlar bizi doydurub və hansısa nəticəsiz səfərlərdən faydalana bilmərik».
Həmsədrlərin təmas xəttində «aprel döyüşləri»nin təkrarlanması ehtimalına uyğun olaraq hərəkət etməsinə toxunan F.Sadıxov söylədi ki, hərbi əməliyyatların keçirilməsi hansısa mövsümdən asılı olmayaraq, Azərbaycan üçün münasibdir: «Azərbaycan Ordusu yazda və qışda, eləcə də digər fəsillərdə hərbi əməliyyatlar keçirə bilər. Əgər Ermənistan yeni təxribatlarla Azərbaycana qarşı hücum etsə, əlbəttə adekvat cavab alacaq. Bunu ötən ilin aprel hadisələrində artıq sübut etmişik. Bizim gücümüz, iradəmiz, ən əsası hərbi potensialımız buna imkan verir. Ermənistan bunu yaxşı anlamalıdır və nəticə çıxarmalıdır. Azərbaycan bütün səviyyələrdə dəfələrlə bunu dilə gətirib. Əbədi olaraq danışıqlar aparası deyilik və hər an öz torpaqlarımızı azad etməyə hazırıq. Bunu həm Ermənistan, həm də regiona səfər edən ATƏT-in Minsk qrupu həmsədrləri bilməlidir».