«İrəvan hər yola əl atır»
Azərbayvan XİN: «Ermənistan-Azərbaycan münaqişəsi ATƏT regionunda sülhə ən ciddi təhdid olaraq qalır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müttəfiqlik bəyannaməsinə Lavrov “töhfə”si
Azərbaycan Rusiya XİN-in paylaşımından təəssüflənib
-
“İşğal aradan qaldırılmalıdır”
Hikmət Hacıyev: “Azərbaycan qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığa hazırdır”
-
“Müharibəyə çağırışdır”
Azərbaycan XİN Paşinyanın Qarabağa səfəri haqda
-
Danışıq xətrinə danışıq işğalı legitimləşdirməkdir!
«Ermənistan təxribatları artırdıqca işğalın ömrü azalır...»
-
Məmmədyarov Nalbandyanla Brüsseldə görüşəcək
Azərbaycan XİN-dən açıqlama gəldi
-
«Yorucu müharibə»
Azərbaycanın Qarabağda yeni strategiyası ...
-
XİN etiraz edir
«Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə hüquqi qüvvəyə malik deyil»
-
Qarabağ problemin həllində süstlükdür
Həmsədrlər bölgəyə səfər etsələrdə də, həmişəki kimi yeni planları yoxdur
-
«Həmsədrlərin bəyanatlarndan doymuşuq»
Politoloqlar onların növbəti səfərindən də ciddi nəticə gözləmirlər
-
«Cəbhədəki müşahidəçilərin kimlikləri elan olunmalıdır»
Tanınmış ekspertdən çağırış
-
Qarabağda vəziyyət təhlükəlidirmi?
Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün münaqişədən istifadə edə bilərmi?
-
Azərbaycan əsgəri erməni nazirin sözünü ağzında qoydu
«Danışıqların alternativi yoxdur» deyən Nalbandyana alternativi göstərdilər
-
«Ermənistanın xülyalarına imkan verilməyəcək»
Azərbaycandan ATƏT dövlətlərinə çağırış
-
XİN-dən sərt qərar
«Referendum» komediyasını izləyənlər «qara siyahı»ya salınacaq
-
Separatçıların «seçkisi» pislənildi
Həmsədrlər qondarma «referendum» aktı barədə bəyanat verdi
-
Niyə susursunuz?
Həmsədrlərin, beynəlxalq təşkilatların qondarma rejimin oyuncaq seçkilərinə susqun münasibəti narahatlıq doğurur
Ermənistan-Azərbaycan münaqişəsi ATƏT regionunda təhlükəsizlik və sülhə qarşı ən ciddi təhdid olaraq qalmaqda davam edir. XİN-in mətbuat xidmətinin məlumatında bildirilir ki, bunlar ATƏT üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin qeyri-rəsmi görüşündə çıxışında Azərbaycan nümayəndə heyətinin çıxışında deyilib.
Çıxışda deyilib: «BMT TŞ-nin müvafiq qətnamələrinin ATƏT-ə verdiyi mandata baxmayaraq, biz müşahidə edirik ki, Təşkilat daxilində əsas meyl münaqişənin ilə əlaqədar gərginliyi aradan qaldırmaqdır. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin edilmədən gərginliyin aradan qaldırılması problemi həll etməyəcək.
Biz ATƏT daxilində münaqişədə status-kvonun qeyri-davamlı olması barədə yekdil mövqeyi təsbit etməliyik. Ermənistanın cəbhə xətti boyunca münaqişənin gərginləşməsinə yönəlmiş bütün növ təxribatlarını nəzərə alaraq, biz status-kvonu dəyişməliyik.
Mülki yaşayış məntəqələrinin heç bir fərq qoyulmadan atəşə tutulması nəticəsində iki azərbaycanlı mülki vətəndaşın öldürülməsi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud surətdə pozulmasıdır və bir daha mülki əhalini hədəfə almaqla Azərbaycanı reaksiya verməyə təhrik etmək siyasətinin sübutudur və eyni zamanda Ermənistana sülh səylərini pozmaq üçün bəhanə verir.
Münaqişə həll olunduqdan sonra hazırkı Ermənistan rejiminin labüd legitimlik böhranı ilə üzləşəcəyi bu rejimi belə təxribatlara əl atmağa sövq edir. Ermənistanın siyasi rəhbərliyi anlayır ki, münaqişənin sülh yolu ilə beynəlxalq hüquqa uyğun həll olunması Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə nəticələnəcək. Məhz buna görə də, Ermənistan rəhbərliyi rejimin ömrünü uzatmaq məqsədilə cari status-kvonu möhkəmləndirmək üçün hər yola əl atır.
Ermənistan dərk etməlidir ki, cari status-kvoya güvəndikcə o, öz müstəqilliyini tamamilə itirmək və regiondakı siyasi oyunlarda alətə çevrilmək riski ilə üzləşir. Yalnız münaqişəni sülh yolu ilə həll etməklə və Azərbaycan və regionun digər ölkələri ilə yaxşı qonşuluq münasibətləri yaratmaqla Ermənistan öz xalqı üçün müstəqil və xoş gələcək yarada və regionun inkişafından bəhrələnə bilər.
Mən təəssüf edirəm ki, Ermənistanın xarici işlər naziri Maurebaxda dialoq imkanını yenə əldən verdi. O, Azərbaycana qarşı əsassız ittihamlarla dolu iddia ruhunda bəyanatla çıxış etdi. Belə bəyanat daxili siyasi istehlak üçün nəzərdə tutulub. Bu ATƏT-də gözlənilən çıxış deyil. Bu zalda olan hər kəs anlayır ki, Ermənistan-Azərbaycan münaqişəsində təcavüzkar və təcavüzə məruz qalmış tərəf kimdir. Bizi maraqlandıran sual odur ki, Ermənistanın naziri öz bəyanatı ilə nəyə nail olmaq istəyirdi. Əgər o, hesab edirsə ki, bu yolla o, ATƏT daxilində etimad və etibarın bərpasına hansısa töhfə verə bilər, tamamilə aydındır ki, o, tamamilə iflasa uğradı.
Bu gün Brüsseldə Azərbaycanın Xarici İşlər Naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə planlaşdrılmış görüşünü nəzərə aldıqda, Ermənistanın naziri həddən artıq təxribatçı çıxış səsləndirdi. Biz Ermənistanın Nümayəndəliyini həm burada ATƏT-də, həm də Brüsseldə keçiriləcək danışıqlarda konstruktiv mövqe nümayiş etdirməyə səsləyirik. Təşəkkür edirəm, cənab Sədr».