XİN-dən sərt qərar
«Referendum» komediyasını izləyənlər «qara siyahı»ya salınacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
-
ATƏT də Ermənistana missiya göndərir?
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
-
Minsk Qrupu dirilmədi
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
-
“Yeni reallıqları nəzərə almaq lazım gələcək”
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
-
ABŞ ölünü dirildə bilir?
Vaşinqton xülyasından vaz keçməsə bölgədə gərginliyi daha da artıracaq
-
“Minsk Qrupu fəaliyyətini davam etdirə bilməz”
Metyu Brayza: “On illər ərzində münaqişə haqqında eşitdiyim ən yaxşı xəbərdir”
-
Minsk Qrupu tarix oldu
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
-
Qərb münaqişəni bitmiş hesab edir
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
-
Bakı cığallığı sevmir
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
-
Müttəfiqlik bəyannaməsinə Lavrov “töhfə”si
Azərbaycan Rusiya XİN-in paylaşımından təəssüflənib
-
Vaşinqton görüşü nə ilə nəticələndi?
19 il aradan sonra ...
-
Qarabağda müharibə riski
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
-
Qarabağın havasında barıt qoxusu artır
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
-
Vyana görüşündən hansı nəticə çıxdı?
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
-
Həmsədrlər “Yox” dedi
... Həm İrəvana, həm də Bakıya
-
Kaspşikdən çoxdan qurtulmaz lazım idi
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
Qondarma referendumun Ermənistan tərəfindən keçirilməsi özünü və beynəlxalq ictimaiyyəti aldatmaq və danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyildir. Virtualaz.org bildirir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN sözçüsü deyib: «Azərbaycanın qanunlarına və beynəlxalq hüququn prinsiplərinə, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyinə zidd olaraq Ermənistan tərəfindən siyasi təxribat məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qondarma referendum keçirilir. Beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz hesab olunan və nəticələri qəbul olunmayan bu qondarma referendumun Ermənistan tərəfindən keçirilməsi özünü və beynəlxalq ictimaiyyəti aldatmaq və danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyildir.
Ermənistan tərəfinin bu qanunsuz «referendumu»n kimlərsə tərəfindən müşahidə edilməsi barəsində iddiası gülüncdür. Heç bir beynəlxalq təşkilat və ya dövlət tərəfindən bu qanunsuz «referendumu» müşahidə etmək üçün nümayəndə heyəti göndərilməyib».
H.Hacıyevin sözlərinə görə, Ermənistan tərəfindən öz uğursuz və qanunsuz fəaliyyətinə bəraət qazandırmaq üçün bir qrup şəxsin işğal olunmuş ərazilərə fərdi səfəri təşkil olunub: «Bu özfəaliyyəti qanunsuz turizm səfəri də adlandırmaq olar. İlkin araşdırmalarımız onu deməyə əsas verir ki, onların əksəriyyəti adları artıq arzuolunmaz şəxslər siyahısında olan erməni lobbisi və Ermənistanın təsiri altında olan şəxslərdir. Digər bir neçə şəxsin adı dəqiqləşdiriləcək və mütləq qaydada arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Ermənistanın əvvəlki metodundan istifadə edərək kimlərisə aldadaraq işğal olunmuş ərazilərə gətirməsi halları da istisna deyil».
H.Hacıyev bildirib ki, Ermənistan bu kimi təxribatçı və lüzumsuz əməllərlə məşğul olmaq, özünü və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinin əvəzinə işğalçılıq siyasətinə son qoymalı, münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına çalışmalıdır.