vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
21:47 | 22 may 2017 | Bazar ertəsi Məqaləyə 2258 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya ilə danışıqlar aparılır

Ermənistan-Azərbaycan Sülh Platformasından yenilik

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistan-Azərbaycan Sülh Platforması ətrafında əlaqələr genişlənir. Qarşı tərəfdən bu platformaya maraq göstərənlər çoxdur. Təbii ki, işğalçı siyasət həyata keçirənlər, xalq diplomatiyasının işini qəbul etməyənlər Qarabağ probleminin həllində maraqlı deyillər. Ona görə də bizə dəstək olan sadə vətəndaşlara qarşı təzyiq həyata keçirirlər».

Bunu Modern.az-a açıqlamasında sözügedən Platformanın üzvü, deputat Rövşən Rzayev deyib.

O bildirib ki, Ermənistandakı sadə xalqın arasında Platformaya qoşulmaq üçün axın çox güclüdür.

«Təbii ki, Ermənistan hakimiyyət dairələri bundan narahatdır. Biz öz işimizi davam etdiririk. Yaxın günlərdə konkret məsələlər ortaya qoyulacaq.

Hətta, yaxın vaxtlarda Sülh Platforması çərçivəsində görüş də gözlənilir. Bununla əlaqədar olaraq mühüm işlər aparılır, əlaqələr yaradılır. Ümid edirik ki, yaxın vaxtlarda ciddi addım ata biləcəyik».

Dövlətlərin Sülh Platformasına diqqət göstərməsinə gəlincə, deputat bundan da söz açıb.

«Sülh Paltforması ilə bağlı həm Avropa ölkələri, həm də yaxın Rusiya ilə danışıqlar aparırıq. Dövlətlər Ermənistan-Azərbaycan Sülh Platformasını dəstəkləyir. Çünki sülh istəyən normal dövlətlər  Sülh Platformasının tərəfindədir».